
Professor hədəf göstərdi:“Şiə məscidlərinə diqqət yönəldin!”
Professor hədəf göstərdi:“Şiə məscidlərinə diqqət yönəldin!”
Yusif Nəzərli
12:45 02.02.2023
Aktual
482
“Burada daha çox anti-Azərbaycan, anti-iqtidar təbliğatı aparılır”
“Hətta "bozbaş mollaları" o dərəcədə harınlayıblar ki, ad çəkməkdən də qorxmur, çəkinmirlər, həyasızlaşıblar”
“Eyni zamanda İranın casus şəbəkəsinə aid olan, xüsusilə də Bakının ətraf kəndlərində yerləşdirilmiş adamlar üzə çıxarılmalıdır”
"İranın Azərbaycandakı casus şəbəkəsinə qarşı Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri çox uğurludur".Bunu "Sherg.az"a siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, əməliyyatların keçirilməsi İranın Azərbaycandakı səfirliyinə hücumla əlaqəli deyil:
"Hər hansı bir əməliyyatın hazırlanması üçün 3-6 ay vaxt tələb olunur. Bu müddət ərzində müşahidələr aparılır, dinləmələr həyata keçirilir, faktlar dəqiqləşdirilir. İşlər Azərbaycanın qəbul etdiyi 1999-cu il "Əməliyyat-axtarış fəaliyyəti" haqqında qanunun müddəalarına əsasən aparılır.
Azərbaycanda "din pərdəsi" altında təxribatçılıq və pozuculuq əməlləri ilə kifayət qədər insan məşğuldur. Qısa bir müddət ərzində DİN 39 nəfəri saxlayıb. Bu günə qədər Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi (DGK), Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Dövlət Sərhəd Xidmətinin (DSX) həbs etdiyi narkoticarətçilər də bu və ya digər formada İrana xidmət edirlər. Rəsmi Tehranın lehinə təbliğat aparanların saxlanılması prosesi davam etdirilməlidir.

Çünki həmin şəxslər bu əməllərini təkcə sosial şəbəkələr üzərindən törətmirlər. Eyni zamanda məscidlərə diqqət yönəltmək lazımdır. Xüsusilə, şiə məscidlərində daha çox anti-Azərbaycan, anti-iqtidar təbliğatı aparılır. Hətta "bozbaş mollaları" o dərəcədə harınlayıblar ki, ad çəkməkdən də qorxmur, çəkinmirlər, həyasızlaşıblar.
Ona görə də həyata keçirilən tədbirlər bilavasitə molla rejimini çökdürməyə xidmət edəcək. İranın xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsini müəyyənləşdirmək çox vaxt tələb edir. Yalnız DİN yox, DTX da bu işlə məşğuldur. Təmizləmələr effekt verəcək. İlk növbədə, Azərbaycan sosial şəbəkələrində İranın təbliğatı zəifləyəcək. Ölkəmizdə rəsmi Tehranın dini və siyasi gücü barədə fikirlər gündəmdən düşəcək. Burada şiə adı ilə İrana sevgi "bəsləyənlərin" sayı kütləvi şəkildə azalacaq”.
Professor onu da əlavə edib ki, casusların açıq-aşkar, həyasızcasına olan təbliğatına son qoyulacaq:
“Azərbaycanla İran arasındakı münasibətlər uzun müddət idi ki, sakit keçirdi. Artıq vaxt çatıb. Əməliyyat tədbirləri davam etdirilməlidir. Eyni zamanda İranın casus şəbəkəsinə aid olan, xüsusilə də Bakının ətraf kəndlərində yerləşdirilmiş adamlar üzə çıxarılmalıdır. Şeyxülislam Allahşükür Paşazadənin çox möhtəşəm bir çıxışı var. O həmişə çox az, amma dəqiq danışır. Deyib ki, 40 milyonluq Azərbaycan türkü İranın (fars, molla rejiminin) əsiridir. Amma Azərbaycanın daxilində də minlərlə molla rejiminin agentura şəbəkəsi var. Onlar da rəsmi Tehranın əsiridir. Həmçinin ictimaiyyət bu məsələdə mühüm rol oynamalıdır. Şübhəli şəxs və ya fəaliyyət gördükdə hüquq mühafizə orqanlarına məlumat verilməlidir".
Qeyd edək ki, İranın casus şəbəkəsinə qarşı DİN əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı