
Professor ictimaiyyətə SƏSLƏNDİ:“Şəhid ailələri qırmızı xəttimizdir”
Professor ictimaiyyətə SƏSLƏNDİ:“Şəhid ailələri qırmızı xəttimizdir”
Yusif Nəzərli
10:29 13.06.2022
Aktual
719
Şəhidlik uca zirvədir. Uca zirvəyə yüksələn şəhid ailələrinə dəyər vermək isə cəmiyyətin mənəvi borcudur. Vətən yolunda canını fəda etmək insandan ürək, cəsarət, Vətənə sevgi istər. Bu mənada toplum olaraq ən ümdə vəzifəmiz şəhidlərin ruhunu şad etmək, ailələrinə qayğı göstərmək olmalıdır. Təəssüf, bəzi hallarda insanların "qırmızı çizgisi"nə xoşagəlməz münasibət sərgiləndiyini görürük.
Analoji hadisə Beyləqan rayonunda yaşanıb. Qəhrəmanlı kəndində yaşayan şəhid Emin Məmmədovun anası Səbinə Cəfərovanın ünvanına ağır söyüşlər səsləndirilib. Şəhid anası ilə müəllim arasında mübahisə şəhidin xatirə lövhəsinin ətrafının çirkləndirilməsinə görə yaşanıb. Buna görə, Beyləqan Rayon Məhkəməsinin qərarı ilə 7 gün azadlıqdan məhrum edilib.Məhkəmə prosesi zamanı Turan Hətəmov psixoloji problemləri olduğunu, həmçinin bu səbəbdən tez-tez psixotrop həblər qəbul etdiyini deyib.

Baş verən hadisə ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova bildirib ki, Vətən müharibəsində Zəfər qazanan qalib xalqın heç bir vətəndaşı belə bir xəbər başlığını oxumaq istəməz:
"Ən arzuolunmaz informasiyadır. Müstəqilliyimizin bərpası ilə birgə "şəhid" ifadəsi Azərbaycan xalqı üçün ən yüksək ideala, statusa çevrildi. Şəhidlərə münasibətdə Prezident İlham Əliyev nümunəvi örnəkdir. Dövlət siyasətinin mərkəzində şəhid ailələri, şəhid analarının, Vətən müharibəsi iştirakçıları dayanır. Sözügedən məktəbdə vətənpərvərlik tərbiyəsinin, şəhid ailələrinə münasibətin günün tələbləri və dövlət siyasətinə uyğun olmayan səviyyədə mövcudluğu aşkardır. Beyləqan və Füzuli rayonu Qarabağ bölgəsinə aiddir. Bilirik ki, Qarabağın 30 ildən artıq işğalda qalmasına görə, həmin ərazilərdə yaşayanlar bu mövzulara xüsusi həssas davranmalıdır. Dövlət başçısı deyir: "Mən şəhid ailələri ilə son illər, yəni bütün 18 il ərzində çoxsaylı görüşlər keçirmişəm. Daim çalışmışam ki, onlara həm mənəvi dəstək verim, həm də onların məişət problemlərini həll edim".
Prezidentin təbirincə desəm, müharibədə verdiyimiz ən ağır itki gənclərimiz, şəhidlərimizdir. Onların ağrısı heç vaxt unudulmayacaq".
Professorun fikirlərinə əsasən, hər bir kollektivin, məktəbin üzərinə düşən öhdəlik şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmaqdır:
"Diqqəti bütün yeniyetmələrə, şagirdlərə, gənclərə örnək kimi ötürməliyik.
Həmin müəllim psixoloji problemlərini dilə gətirib. Məlumdur ki, sosial psixoloji səbəblərdən qaynaqlanır.
Məsələnin özü də şagirdlərin təhsilini etibar etdiyi müəllimlərin seçimi, auditoriyalarda davranışının diqqətlə sorğulanmadığını deməyə əsas verir. Şəhid ailələri qırmızı xəttimizdir. Cəmiyyətin davranışı da qırmızı xətlə ölçülür. Öhdəliyimiz qalibiyyəti bizə bəxş edən şəhid ailələrinə münasibətdə şərəf borcumuzu yerinə yetirməkdir. Onların xatirəsini əziz tutmalıyıq. Mediada belə müəyyən xəbərlərin sensasiya kimi yayılmasının şahidi oluruq.
Anoloji xəbərlərin tirajlanmasında şəhid adının ucalığını nəzərə alaraq təqdim edilməsinin tərəfdarıyam".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi