Professor: "Vaksinin insan orqanizminə heç bir zərərli təsiri ola bilməz"
13:12 27.12.2020
Aktual
718
"Virus qonaq olduğu hüceyrəyə uyğunlaşmaq, onunla birgə yaşamaq üçün dəyişikliyə məruz qalır. Bu hal mütləqdir və ümumi yaşam qanunudur. Bunu mutasiya kimi təqdim edib, insanları qorxutmaq, onları stress və ruhi sarsıntıya salmaq olmaz"
“1920-ci illərdəki pandemiyada hətta səhər özünü sağlam hiss edən şəxs günorta xəstələnir, hətta axşam ölürdü. Amma Covid-19 belə infeksiyalardan deyildir. Onun letallığı çox aşağı, RO indeksi isə cəmi 2,2-dir. Yəni bu infeksiya insanlıq üçün son və ya faciə deyildir. Bəli, digərləri kimi bu infeksiyadan qorunmanın da əsas yolu vaksinasiyadır”.
Sherg.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.
Professor qeyd edib ki, vaksin istər klassik, istərsə də ən müasir yolla alınsın onun insan orqanizminə heç bir zərərli təsiri ola bilməz. Yəni genom, enzim patologiyası olan az sayda insanlar nəzərə alınmazsa. Vaksinlərin əlavə effektinin olmaması üçün yeganə şərt onların təmizlik dərəcəsinin yüksək olmasıdır. Hazırda tövsiyyə olunan vaksinlərdə bunun nəzərə alınmaması qeyri -mümkündür”.
Həkim vurğulayıb ki, insanları qorxudan digər məsələ isə vaksinlərin hələ tam öyrənilməməsi, yəni onların tədqiqatının yalnız klinik sınaqların III mərhələsində olması və s. kimi fikirlərdir:
“Bildirmək istəyirəm ki, istənilən dərman, vaksin və s. tam tədqiqi üçün illərlə davam edən tədqiqatların aparılması qanundur və mütləq tələbatdır. Eksperimental və klinik sınaqların tamamilə başa çatması üçün, ümumilikdə 12-15 ilə qədət vaxt tələb olunur. Ancaq zərurət yarandığı- ekstremal hallarda, hətta ilkin-birinci mərhələdə 50 faizli müsbət nəticənin alındığı təqdirdə belə, bu vaksin və ya dərman preparatının klinikaya tətbiqi mütləq göstərişdir. Bu halda heç bir qorxulu əks effekt törənə bilməz. COVİD-19-un insanlarda qorxu, stress yaratmağa yönələn 100-lərlə mutasiyası haqqında fikirlər də əsassızdır. Bilmək lazımdır ki, viruslar “obliqat, mikrocanlılardır və bu səbəbdən də heç bir halda yoluxdurduğu hüceyrəni məhv etmək istəmir. Əks halda o, özü də məhv olur. Odur ki, virus qonaq olduğu hüceyrəyə uyğunlaşmaq, onunla birgə yaşamaq üçün dəyişikliyə məruz qalır. Bu hal mütləqdir və ümumi yaşam qanunudur. Bunu mutasiya kimi təqdim edib, insanları qorxutmaq, onları stress və ruhi sarsıntıya salmaq olmaz. Bilin ki, COVİD-19-un özündən daha qorxulu və ağır mutasiyası, bu infeksiya tamamilə sönəndən yalnız 10 il sonra ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya