Pulsuz divan aldı: İçindən 36 min dollar çıxdı
Yusif Nəzərli
22:00 06.06.2022
Aktual
896
ABŞ-ın Kaliforniya ştatında yaşayan Viki Umodu yeni köçdüyü mənzil üçün yeni əşyaların əksəriyyətini internetdən sifarişlə əldə edib. İnternetdə ev mebelləri ilə yanaşı bir divan və iki kreslonun pulsuz hədiyyə edildiyi haqda elanı görüncə də fürsəti əldən vermək istəməyib və divana müştəri çıxdığını bildirib.
Divanı evə gətirib divanüstü yastıqları çırpmağa başladıqda isə yastığın içindən dollarlar ətrafa dağılıb. Bu barədə “Independent” (Türkçə) məlumat yayıb. Viki gözlərinə inanmayıb. Pulları saydıqda 36 min dollar olduğunu görüb. Viki bu haqda ABŞ-da yayımlanan “ABC7” kanalına danışıb. Qadın pulsuz divan elanına əvvəlcə inanmadığını, bunun qurama iş ola biləcəyindən şübhələnib.
Lakin elandakı nömrəyə zəng edincə, həqiqət olduğunu bilib. Pulsuz mebel satan şəxs ailənin yaxın üzvünü itirib deyə, mənzildəki əşyaları pulsuz paylayırmış.
Bunu eşidən Viki divanın mənzilə gətirilməsini sifariş edib. “Mən də mənzilimə yeni köçmüşəm. Əşyalarım yoxdur. Çox əşyaya ehtiyacım var. Divanın, kreslonun pulsuz verilməsinə sevindim. Yastığın içində dollarları gördükdə isə çaşıb qaldım. Oğluma, gəl, gəl, gör burda nə var?!, dedim. Qərara gəldik ki, mebel sahibinə zəng edək, olanları söyləyək”. Viki mebel sahibinə pulları qaytarıb: “Allah mənə və övladlarıma xoşbəxtlik bəxş edib. Hamısı həyatdadılar və çox yaxşı yaşayırlar. 3 nəvəm də var.
Allahdan başqa nə istəyə bilərəm?”. Pulları qarşılıqsız geri qaytarılan ailə isə Vikini mükafatsız qoymayıb. Ona soyuducu almaq üçün 2 min 200 dollar hədiyyə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi