
Putinin öyünməsi çox çəkməyəcək
Yusif Nəzərli
06:55 09.06.2022
Aktual
552
Rublun məzənnəsi formal olaraq bazarda müəyyənləşsə də, əslində kifayət qədər ciddi nəzarət altındadır. Obrazlı desək, rublun məzənnəsi “əllə” idarə olunur
Payız aylarında Rusiyanı növbəti inflyasiya dalğası "vuracaq"
Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlərlə bağlı iclasda ölkəsinin hazırkı durumundan danışıb. Kreml rəhbəri əksər ekspertlərin əksinə olaraq, Rusiyada inflyasiyanın nəzarət altına alındığını iddia edib. Onun sözlərinə görə, qiymət artımı tamamilə dayanıb: “İndi inflyasiya sıfır səviyyəsindədir”. Putin qeyd edib ki, hökumət bu vəziyyətin həm müsbət, həm də mənfi tərəflərini diqqətdə saxlamalıdır:
“Burada müsbət cəhətlər var, xalqın dediyi kimi, müəyyən pusqu da var, ona görə də vəziyyəti ən diqqətli şəkildə təhlil edib vaxtında qərarlar qəbul etmək lazımdır”. Putin Rusiya hökumətinə iyulun sonuna qədər büdcə qaydalarının yeni dizaynı ilə bağlı təkliflər təqdim etməyi tapşırıb: “Növbəti üç il üçün federal büdcə üzərində iş artıq başlayıb. Burada mühüm, əsas məsələ büdcə qaydalarının layihələndirilməsidir. Bu da təkcə dövlətin sabitliyini təmin etməməli, həm də Rusiyanın artım tempini artırmağa kömək etməlidir. Aydındır ki, burada çevik yanaşmalar və düzəlişlər lazımdır və mən hökumətdən iyulun sonuna qədər büdcə qaydalarının yeni dizaynı ilə bağlı təkliflər verməyi xahiş edirəm”.

Kreml başçısının iqtisadi vəziyyətlə bağlı çıxışını “Şərq”ə təhlil edən ReAL Partiyasının sədr müavini, iqtisadçı Natiq Cəfərli deyib ki, Putinin iclas zamanı inflyasiya ilə bağlı dedikləri may ayı ilə əlaqədardır. Ekspertin sözlərinə görə, əslində Rusiyada illik inflyasiya 17 faizdən yuxarıdır:
"Sadəcə, may ayında inflyasiyanın sürəti azalıb və aprel ayına nisbətən qiymətlərdə ciddi artım müşahidə olunmayıb. Yəni burada ötən ilin cari ilə yox, aprel ayının may ayına nisbətindən söhbət gedir. Mövcud göstərici Moskva hökumətinin aldığı qərarlarla bağlıdır. Rusiya valyuta bazarları ilə bağlı qərar verərək, ciddi məhdudiyyətlər qoydu. Süni məzənnə rejiminə keçildi. Rublun məzənnəsi formal olaraq bazarda müəyyənləşsə də, əslində kifayət qədər ciddi nəzarət altındadır. Obrazlı desək, rublun məzənnəsi “əllə” idarə olunur. Rublun belə saxlanması istər-istəməz inflyasiyaya da təsir göstərir. İnflyasiyanın sürətinin azalmasına gətirib çıxarır. Amma bu, keçici, mövsümi xarakter də daşıya bilər. Payız aylarında növbəti inflyasiya dalğasının görünməsi mümkündür. Hələ ki, Rusiyada ehtiyatlar boldur və birjada rubla inzibati təsirlər mövcuddur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi