"Qanunları pozan yüksək vəzifəli məmurların cəzalandırılması pozitivlik yaradacaq” - Natiq Cəfərli
09:37 23.08.2020
Aktual
776
“İstənilən cəmiyyətdə ən ağır məsələlərdən biri orada ədalət sisteminin zədələnməsidir. Belə olan halda cəmiyyətdə müxtəlif neqativ proseslərin yaranması üçün münbit şərait yaranır və insanların qayda-qanunlara olan inamlarını tamamilə sarsıdır”.
Bu sözləri “Şərq”ə açıqlamasında ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, karantin şəraitində qayda-qanunları kobud şəkildə pozaraq toy mərasimləri təşkil edən keçmiş və indiki yüksək vəzifəli məmurların qanun qarşısında cəzalandırılması dövlətimiz tərəfindən atılan ən düzgün addım idi:
“Yüksək vəzifəli məmurların toy mərasimindən sonra qanunlara qarşı saymazyana verdikləri açıqlamalar cəmiyyətdə kifayət qədər qıcıq yaratdı. Dünənki hadisələr isə az da olsa ədalət sisteminin bərpa olunmasında mühüm rol oynadı”.
N.Cəfərli bildirib ki, əgər dövlət orqanları bu şəkildə prinsipal mövqe tutarsa, o zaman heç kim - həm keçmiş və indiki vəzifələrindən, həm də qohumluq əlaqələrindən bir daha istifadə edə bilməz:
“Hər kəs qanun qarşısında birdir və vəzifəsindən asılı olmayaraq qanunları pozursa cəzalandırılması lazımdır. Dövlət tərəfindən görülən mühüm tədbirlər cəmiyyətdə neqativ abu-havanın yumşalmasına və ümumiyyətlə, qanunlara olan inamın artmasına səbəb oldu və gələcəkdə də olacaq. Bu addım bir daha hər bir kəsin qanun qarşısında cavab verməsinin mümkünlüyünü göstərdi. Hesab edirəm ki, bu da cəmiyyətdə son hadisələrlə bağlı kifayət qədər pozitivlik yaradacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya