Qarabağa qanunsuz səfərlər sülhə əngəldir
Qarabağa qanunsuz səfərlər sülhə əngəldir
Yusif Nəzərli
14:22 11.06.2022
Aktual
660
Hadisələr rus sülhməramlıların bölgədə pozuculuq fəaliyyəti ilə məşğul olduqlarını növbəti dəfə təsdiqləyir
“Rusiya Cənubi Qafqazda yeni savaş törətməyə çalışır, “qırmızı cizgiləri” aşır, regional xaosa səbəb ola biləcək təxribatlara əl atır”. Bu barədə siyasi şərhçi Elçin Xalidbəyli deyib. Analitik bildirib ki, Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ermənistanda gündəmə gətirdiyi “delimitasiya anlayışı” diplomatik və geopolitik skandaldır:
“Türkiyədən birbaşa Ermənistana səfər edən Rusiya Xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonrakı mətbuat konfransında Azərbaycanın əleyhinə fikirlər səsləndirib. Diplomata yaraşmayan mövqedən çıxış edən Lavrov bildirib ki, Fərruxdakı hadisənin nizamlanması Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin prioritetlərindən biridir. Rusiya xarici işlər nazirinin bu açıqlaması əsl geopolitik skandaldır. Kreml rəsmisinin bu açıqlaması bütün “qırmızı cizgilər”in aşılması anlamına gəlir. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti dislokasiya olunublar. Üstəlik, Rusiya sülhməramlı qüvvələrinin statusu hələlik ratifikasiya edilməyib. Və əslində, beynəlxalq hüquq normaları baxımından, bölgədə qeyri-qanuni olaraq yerləşdiriliblər. Ona görə də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Xankəndi və ətraf bölgədə Rusiya sülhməramlı qüvvələrinin hansısa prioritetləri ola bilməz. Əgər üçtərəfli anlaşmalar üzrə öhdəliklər nəzərdə tutulursa, onda Kreml Rusiya sülhməramlı qüvvələrinin həmin sənədin tələblərini kobud şəkildə pozmaqda davam etdiklərini etiraf etməlidir. Və keçmişə dayalı ciddi araşdırma aparmadan belə, bunu sübut etmək qətiyyən çətin deyil”.
Politoloq qeyd edib ki, son bir neçə gün ərzində Ermənistanın baş prokuroru Artur Davtyan və xüsusi vacib məsələlər üzrə səfiri Edmond Manukyan Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər ediblər:
“Üçtərəfli anlaşmalara görə, Laçın dəhlizinə nəzarət edən rus sülhməramlılar isə rəsmi Bakının razılığı olmadan bu iki erməni rəsmi şəxsin bölgəyə girişinə imkan verib. Bu, rus sülhməramlıların bölgədə pozuculuq fəaliyyəti ilə məşğul olduqlarını növbəti dəfə təsdiqləyir.
Digər tərəfdən, Rusiya xarici işlər nazirinin delimitasiya və demarkasiya prosesi ilə bağlı anlayışı da yanlışdır. Çünki bu proses yalnız Azərbaycan və Ermənistan sərhədlərinin dəqiqləşdirilməsini nəzərdə tutur. Xankəndi və ətraf bölgə isə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycanın tərkib hissəsi olan bir ərazi ilə bağlı delimitasiyadan danışmaq sadəcə, beynəlxalq hüquq normalarından uzaqlaşmaq deyil, həm də bölgədə yeni savaşın əsasını qoymaq, bunun üçün süni səbəblər yaratmaq cəhdidir. Bütün bunlar onu göstərir ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı müsbət irəliləyişin olmasını istəmir. Əksinə, Kreml əlindən gələn hər şeyi edir ki, iki ölkə arasında sülh sazişinin hazırlanması prosesi pozulsun. Ardınca, Azərbaycan və Ermənistan arasında yeni savaşın baş verməsi mümkün olsun. Belə anlaşılır ki, Rusiyanın vasitəçiliyi yalnız prosesin pozulmasına indeksləşib. Kreml Cənubi Qafqazda sülh və əmin-amanlıq dövrünün başlanmasında maraqlı deyil. Bəzi əlamətlərə əsasən, Rusiyanın hətta Cənubi Qafqazda yeni müharibə senariləri üzərində işlədiyini də düşünmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi