Qarabağda “sular bulanıqdır” – “Türk hərbçilər sərt addımlar atacaq”
Banuçiçək Kalbalıyeva
13:08 08.01.2021
Aktual
708
“Əgər ruslar eməniləri tərksilah etmirsə, türklər edərlər”
“10 noyabr bəyanatından sonra da təxribatlar törədən ermənilərin ağılları bundan sonra başlarına gələr”
“Fikrimcə, Monitorinq məkəzi yaradılandan sonra “daşlar yerinə oturacaq””
Ötənlərdə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çox mühüm məqamlara diqqət çəkib. O, Ermənistan tərəfinə ciddi mesaj da verib:
“Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmalı və təxribatçı addımlar atmamalıdır. Bunun cavabı sərt olacaq və Ermənistan böyük problemlə üzləşəcək”. Maraqlıdır, düşmən bu ismarıcdan nəticə çıxaracaqmı? Yoxsa, yenə də “öz havasına özü oynayacaq?”.
Politoloq İlqar Vəlizadə “Sherg.az”a açıqlamasında bildirib ki, qarşı tərəf baş verənlərdən dərs almalıdır:
“Təəssüf ki, Ermənistan yeni reallığı dərk edə bilmir. Sərsəm bəyanatlar onu göstərir ki, nəink reallığı dərk etmir, hətta dekonstruktiv mövqe tutur. Yəni Hadrutdan sonra növbəti təxribatlar da ola bilər. Amma əgər belə bir hal olarsa, Ermənistan bu dəfə layiqli cavabı alacaq. Ermənilər rus sülhməramlılarının vəzifəsini səhv başa düşür, onların köməyə gəldiklərini düşürlər.
Bu, belə deyil. Ola da bilməz. Rusların vəzifəsi dinc əhalini qorumaqdır. Hərçənd, dövlət başçısının da dəfələrlə vurğuladığı kimi, bizim mülkilərlə heç bir işimiz yoxdur.
Heç yerdə, heç bir sənəddə göstərilməyib ki, bir ölkə qanunsuz silahlı dəstələr saxlaya, digər ölkənin suverenliyini poza bilər. 10 noyabr bəyanatında yazılanlar çox aydındır: erməni silahlıları Qarabağdan çıxarılmalıdır. Əgər onlar kordurlarsa və bunu oxuya bilmirlərsə, biz bir dəfə olduğu kimi, yenə işğalçıların “gözlərini açarıq””.
İ.Vəlizadənin fikrincə, hələ ki, “sular bulanıqdır”:
“Genişmiqyaslı müharibə olmasa da, hərbi toqquşmaların başlanmasını istisna etmirəm. Xüsusilə, türk sülhməramlıları bölgəyə yerləşəndən, monitorinq mərkəzi fəaliyyətə başlayandan sonra sərt adımlar atılacaq.
Əgər ruslar eməniləri tərksilah etmirsə, türklər edərlər. 10 noyabr bəyanatından sonra da səngərlər, istehkamlar hazırlayan, sərsəm bəyanatlar səsləndirən, təxribatlar törədən ermənilərin ağılları bundan sonra başlarına gələr.
Fikrimcə, Monitorinq məkəzi yaradılandan sonra “daşlar yerinə oturacaq””.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya