Qazax rayonundan Prezidentə: "Xalqa dəstəyiniz və yardımınıza görə Sizə “Çox sağ ol” deyirik"
16:22 30.05.2020
Aktual
807
"Möhtərəm cənab Prezident.
Vətənini, millətini sevən hər kəs dünya ölkələrinin iqtisadi cəhətdən böhran keçirdiyi bir vaxtda koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması ilə əlaqədar həyata keçirilən tədbirlərə, xalqa möhtəşəm dəstəyiniz və yardımınıza görə Sizə “Çox sağ ol!” deyir. Sizin təşkilatçılıq bacarığınız, hər zaman insan amilinə önəm verməyiniz xalqımız tərəfindən yüksək dəyərləndirilir".
Bu sözləri Qazax rayonundan Orxan Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubunda yazır:
"Azərbaycan Sizin qətiyyətli və mütəşəkkil fəaliyyətiniz sayəsində bu gün ölkəmizin ən ucqar kəndlərində belə insanlara qayğı ilə yanaşılır. Vətəndaşların qarşılaşdıqları problemlərin həll edilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Bu gün uğurlu kadr islahatlarınız sayəsində insanlarla müvafiq icra hakimiyyəti orqanları arasında olan ünsiyyət problem aradan qaldırılıb. Hər kəs qarşılaşdığı çətinliklə bağlı müraciət edir. Problemlər öz həllini tapır. Vətəndaş onu dinləməyi bacaran, öz işinin məsuliyyətini dərk edən, vicdanlı məmurlarla qarşılaşır. Bu amil bizim dövlətimizə və onun gələcəyinə olan inamımızı daha da artırır. Qazax rayonu Xanlıqlar kəndi S.Vurğun küçəsinin sakinlərinin 50-60 ildir ki, qarşılaşdığı tullantı sularının axıdılması problemi də öz həllini tapmışdır.
Cənab Prezident, xalqımız üçün gördüyünüz işlərə görə Sizə kənd sakinləri adından dərin təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı arzulayırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya