Qəbələ RLS Türkiyənin Havadan Hücum müdafiə qüvvələrinə verilsin
Fidan Həmişəyeva
15:09 08.09.2021
Aktual
600
“Qəbələ Radiolokasiya Stansiyası”nın (RLS) Türkiyənin Havadan Hücum müdafiə qüvvələrinə verilməsi mümkün olan haldır”.
Bu sözləri “Şərq”ə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev söyləyib.
Partiya sədri Türkiyə-Azərbaycan ordusunun daim bir yerdə olmasını arzuladığını diqqətə çatdırıb:
“Rusiya Ermənistanla birgə ortaq ordu yaradıb. Türkiyə və Azərbaycan niyə belə bir ordunu formalaşdırmasın ki?. Nə üçün potensiallarımızı birləşdirməyək? Hesab edirəm ki, əlimizdə olan imkanların hamısını Türkiyənin ixtiyarına vermək doğrudur. Çünki qardaş ölkə müharibə zamanı əlindəki bütün imkanları Azərbaycana verdi. Müharibədən sonrakı dönəmdə də hərbi sənaye kompleksinin inkişafı üçün tədbirlər görülür. Məncə, Qəbələ RLS-in Türkiyənin Havadan Hücum müdafiə qüvvələrinə verilməsi səmərəli proses olar. Bu, Azərbaycanın müdafiə sisteminin möhkəmlənməsi və iki ölkənin ordusunun birgə inkişafı üçün lazımlı addım olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm