
Qərb fəallaşır! - Ermənistanın nicatı Rusiyadan uzaqlaşmaqdır
Yusif Nəzərli
06:44 09.06.2022
Aktual
533
Paşinyan və erməni ictimaiyyəti sülhün imzalanmasında maraqlıdır
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Fransa səfiri Ann Luyo və Fransa İnkişaf Agentliyinin Cənubi Qafqazdakı nümayəndələri ilə regional nəqliyyat dəhlizlərinin açılmasını müzakirə edib. Görüş zamanı Ermənistan-Fransa gündəliyindəki məsələlər də müzakirə olunub. Qriqoryan bundan öncə ABŞ səfiri Linn Treysi ilə regionda kommunikasiyaların açılmasını müzakirə edib. Məlumata görə, iyunun 9-da ABŞ dövlət katibinin köməkçisinin müavini Kara Makdonald da Ermənistana səfər edəcək və əməkdaşlıq məsələləri müzakirə olunacaq”.

Qərb ölkələrini təmsil edən siyasilərin Ermənistan nümayəndələri ilə intensiv görüşlərini “Şərq”ə şərh edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, son dövrlərdə Rusiyanın daha çox öz maraqlarından çıxış etməsi, İrəvanın arzu və istəklərini reallaşdırmaması Ermənistanı qane etmir. Professor bildirib ki, erməni rəsmilər Rusiyanın Azərbaycan və Türkiyəyə “satıldığını” bəyan edirlər və bunu açıq formada dilə gətirirlər:
“Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Fransa səfiri Ann Luyo ilə görüşündə səsləndirdiyi fikirləri ABŞ səfiri ilə görüşündə də dilə gətirmişdi. Rəsmi İrəvan yaxşı başa düşür ki, Azərbaycan tərəfinin tələb və təkliflərini qəbul etməslər, öz günahları ucbatından düşdükləri bataqlıqdan, blokadadan çıxa bilməyəcəklər. Ermənistan rəhbərliyi çalışır ki, rəsmi Bakının şərtlərini Moskvanın yox, İrəvanın maraqları çərçivəsində qəbul etsinlər. Ermənilərin nicatı Rusiyadan tədricən uzaqlaşmaqdan keçir. Moskvanın siyasi proseslərdən kənarlaşdırılması Ermənistan üçün həddindən artıq və ağrılı prosesdir. Amma ermənilərin başqa şansları da qalmayıb.
İkinci Brüssel görüşündən sonra Rusiyanın yenidən fəallaşması ABŞ və Fransanı narahat edir: “Erməni hökuməti ötən aylarda “Qarabağ münaqişəsi”, “status” kimi məsələləri daha çox qabardırdı. Ancaq getdikcə bu tip gedişlərdən əl çəkirlər. Ağıllı təhlilçilər, deputatlar etiraf edirlər ki, Azərbaycan 44 günlük müharibədən sonra nəinki Qarabağ məsələsini həll etdi, üstəlik, Ermənistan siyasətinin istiqamətini də dəyişdirdi. O səbəbdən son günlər erməni rəsmilər Azərbaycan və Türkiyə ilə əməkdaşlığın qurulmasından danışırlar. Görünən odur ki, Ermənistan, konkret olaraq Paşinyan hökuməti və erməni ictimaiyyəti Azərbaycanla sülhün imzalanmasında maraqlıdır. Buna qarşı çıxanlar sadəcə revanşist qüvvələrdir. Erməni ictimaiyyəti fərqindədir ki, Paşinyanın alternativi müharibə tərəfdarı olan Koçaryan-Sarkisyan cütlüyüdür. Bu isə Ermənistanın daha ağır fəlakətlərə yuvarlanması deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi