Qətər naziri Tehrana gəlir: Zəriflə müzakirə

Qətərin Xarici İşlər naziri Məhəmməd Bin Əbdürrəhman Əl Sani bu gün İranın paytaxtı Tehrana səfər edəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi məlumat yayıb.

O bildirib ki, Qətər naziri İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə danışıqlar aparacaq.