Qiymətlər “əl yandırır”! – İnflyasiya və bahalaşmanı şərtləndirən nüanslar...
Yusif Nəzərli
12:36 03.06.2022
Aktual
605
Bazarlarda qiymətlər “əl yandırır”. Demək olar, hər gün, hər həftə qiymət bahalaşmasının şahidi oluruq. Bunun nəticəsidir ki, son aylar ərzində Azərbaycanda həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətlərində kəskin artım müşahidə edilir. Bu məsələ ilə bağlı "Şərq” qəzetinin redaktoru Ayət Əhməd də şəxsi “Facebook” səhifəsində paylaşım edib:
"Bazarlarda 200 faiz bahalaşma var. Ötən illərlə müqayisədə 100 manatın alıcılıq qabiliyyəti 20 manat səviyyəsinə enib. Kompensasiya varmı? Yox! Əhali iqtisadi sancı çəkir, sosial psixoz yaşayır..."
Qiymət artımı ilə bağlı "Sherg.az" a münasibət bildirən iqtisadçı-ekspert Rəşəd Həsənov hesab edir ki, təkcə Azərbaycanda deyil , ümumiyyətlə dünyada inflyasiya gedir:
"2020-ci ildə baş verən pandemiya istehsal prosesində və iqtisadiyyatın bütün halqalarında fasilələrin yaranmasına gətirib çıxardı. Xüsusilə, Azərbaycanda transport xərclər bir neçə dəfə artdı. 2020-ci ildə Azərbaycan hava nəqliyyatı ilə yük daşımalarında ən bahalı xidmətləri təklif edən ölkə statusunu əldə etdi. Nəticədə idxal olunan xammalın, yarımfabrikatların qiyməti qalxdı. Bunu istifadə edən tədarükçü və istehsalçı məhsulu baha qiymətə satmaq məcburiyyətində qaldı.
Digər bir tərəfdən də Azərbaycan Mərkəzi Bankı (AMB) resenziya təzyiqlərini neytrallaşdırmaq məqsədi ilə daha yumuşaq kredit xidməti göstərməyə cəhd edir. Hökümət müəyyən dəstək paketləri açıqlayarak istehlak səviyyəsini və alıcılıq gücünü qorumağa çalışdı.
İnflyasiyanı və qiymət artımını şərtləndirən yüzlərlə nüans sadalamaq olar.Bunların bir qismi təbii amillərdən, bir qismi səriştəsiz idarəetmədən, digər bir qismi isə qlobal indikatorun dəyişməsindən və xarici şoklardan qaynaqlanır".
Nihat Müzəffər
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi