Qoxubilmənin itməsi COVID-19 xəstələrinin təxminən 27 faizində müşahidə olunur
06:47 30.08.2020
Aktual
944
Koronavirusa yoluxub-yoluxmadığınızı bilmirsinizsə, bu əlamətlərə diqqət edin
Bütün dünya üçün böyük kabusa çevrilən COVID-19-la bağlı alimlər tərəfindən araşdırmalar davam etdirilir. Bu dəfə də alimlər COVID-19-a yoluxduğundan xəbərsiz olan şəxslərdəki müəyyən əlamətləri aşkarlayıblar.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu gün bir çox ölkələrdə asimptomatik xəstələr olduğundan onlar əslində test edilməyənəcən yoluxub-yoluxmadıqlarından xəbərsiz olurlar. Məsələn, ABŞ-da xəstələrin 40 faizini belə şəxslər təşkil edib. Alimlərin apardıqları araşdırma nəticəsində və ötən ilin sonlarında laboratoriyadan götürülən nümunələrə əsasən bəlli olub ki, ABŞ-da deyildiyi kimi bu virus cari ilin fevral ayında deyil, elə ötən ilin sonlarında yaylmağa başlayıb. Sadəcə olaraq havalar çox soyuq olduğundan insanlar bunu mövsümi xəstəlik zənn ediblər. Alimlər deyir ki, hətta bu xəstəlikdən sağaldıqdan bir müddət sonra da onlarda nəfəs darlığı, təxminən 2 ay müddətində güclü yorğunluq müşahidə edilir. Alimlər tövsiyə edir ki, əgər nəfəs darlığı, şiddətli baş ağrısı, mədə və bağırsağın fəaliyyətində hər hansı pozğunlu yaşanarsa bu zaman COVID-19-dan test edilməlidirlər.
Digər əlamət isə özünüzü yaxşı hiss etməyə rəğmən dadbilmə və qoxu hissetməni itirməklə bağlıdır. Bu əlamətlər də COVID-19-a yoluxduğunuzu göstərə bilər. Araşdırmalar göstərir ki, qoxubilmənin itməsi COVID-19 xəstələrinin təxminən 27 faizində müşahidə olunur. Onlarda 7-10 gün ərzində artıq müsbətə doğru dəyişiklik müşahidə edilir. Alimlər deyir ki, digər respirator viruslar zamanı da müvəqqəti olaraq qoxubilmə və dadbilmənin itməsi müşahidə olunsa da, həmin xəstəliklərdə bu çox qısa müddətdə olur. Lakin COVİD-19 xəstələrində bu əlamətlərin itməsi 1 ayadək də davam edə bilər. Bundan başa, xəstəlik müddətində saç tökülməsinin artması da COVID-19-dan qaynaqlanan streslə əlaqədar ola bilər.
Bu yeni virus olduğundan alimlər hesab edir ki, daha fərqli əlamətlər də müşahidə edilə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya