"Quru öskürək, əzələ ağrıları, halsızlıq başladı"- Koronaya yoluxan həkim "Şərq"ə danışdı
Banuçiçək Kalbalıyeva
09:27 07.06.2020
Aktual
1336
Artıq heç kimə sirr deyil ki, koronavirus pandemiyası ilə mübarizədə ön cəbhədə vuruşanlar, bizi qoruyanlar, təhlükəsizliyimizi təmin etməyə çalışanlar məhz həkimlərdir. Bu səbəbdən onlar xüsusi risk qrupuna aiddirlər.
Axı gün ərzində onlarca xəstə ilə təmasda olur, başqalarının- çox vaxt heç tanımadıqları, bir dəfə belə olsun üzünü görmədikləri adamların sağlamlığı naminə öz həyatlarını təhlükəyə atırlar.
Odur ki, dünyada olduğu kimi, Azərbaycanda da koronavirusun qurbanlarına çevrilənlər arasında xeyli sayda həkimin olması təsadüfi deyil. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi, pulmonoloq Günay Əliyeva da gözəgörünməz və arzuolunmaz düşmənlə üz- üzə gəlib. İndi o, virusla mübarizə aparır.
Bununla bağlı "Sherg.az"a danışan həkim son aylar gecə- gündüz bilmədən çalışdığını dedi:
"Üç aya yaxındır ki, pandemiya xəstəxanasında işləyirəm, Mərkəzi Neftçilər Xəstəxanasına ezam olunmuşam. Son iki həftə çox ciddi işlədim. Orqanizm yorulurdu. Bir müddətdən sonra quru öskürək, əzələ ağrıları, halsızlıq başladı. Nazofarengeal yaxma yolu ilə analiz verdim. Və testin nəticəsi müsbət oldu. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alıram".
Həkim əhaliyə çağırış etdi, insanları diqqətli olmağa çağırdı: "Xəstəliyi biz idarə edək. Əgər fərdi izolyasiyaya uyğun davransaq, 15-20 gün ərzində yoluxma sayı xeyli azalar. Xəstəliyin əlamətlərini hiss edən kimi həkimlərə müraciət etmək, Təcili tibbi yardım çağırmaq lazımdır. Bütün simptomlar eyni vaxtda özünü göstərməyə bilər. Bir neçə əlamət varsa, artıq tədbir görmək lazımdır. Xəstəliyə nə qədər tez reaksiya verib, müalicəyə başlasaq, ona bir o qədər tez qalib gələrik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya