Real izah! – “Azərbaycanda əksəriyyət rəqəmsal savadlılıqdan uzaqdır”
Yusif Nəzərli
12:22 01.06.2022
Aktual
829
Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində “Aztechnolog” adlı “İnstagram” səhifəsini idarə edən şəxslər tərəfindən maddi maraq zəminində istifadəçilərin müraciəti əsasında üçüncü şəxslərin “WhatsApp” tətbiqindəki yazışmalarının kibermüdaxilə yolu ilə gizli ələ keçirilməsi və izlənilməsi üçün təqdim olunması ilə bağlı yayılmış məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən nəzarətə götürülərək araşdırılıb.
Bu barədə məlumatı DTX-nin rəsmi saytı yayıb.
Məlum olub ki, 2000-ci il təvəllüdlü Bakı şəhər sakini Əsgərov Arif Həmid oğlu “İnstagram” sosial şəbəkəsində “Aztechnolog” (www.instagram.com/xakkerhuseyn) adı ilə qeydiyyatdan keçərək sözügedən səhifədə müəyyən pul müqabilində “WhatsApp” yazışmalarının ələ keçirilməsi və izlənilməsi məqsədilə elektron ünvan (keçid linki) təqdim edilməsinə dair bilərəkdən yalan məlumat yerləşdirib. Bu xidmət üçün müraciət edənlər pul vəsaitlərini Arif Əsgərovun sərəncamında olan bank kartı hesabına köçürərək, ödəniş barədə qəbzlərin surətini qeyd olunan “İnstagram” səhifəsinə göndərib. Lakin sonra həmin şəxslərin müvafiq səhifəni idarə edən şəxslə əlaqə yaratma cəhdləri baş tutmayıb və onlara ödədikləri vəsaitin əvəzində heç bir xidmət təqdim edilməyib.
Arif Əsgərov bu yolla 25 may 2022-ci il tarixədək olan müddət ərzində əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs kimi gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən qanunsuz istifadə edilməklə belə tədbirlərin keçirilməsinə təhrik edib aldatdığı 394 nəfər şəxsin pul vəsaitlərini ələ keçirib.
Arif Əsgərov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunub.
İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov hadisəni “Sherg.az”a şərh edərkən, bildirib ki, şəxsi yazışmaların qorunması məsələsi gündəmdə olan ən mühüm məsələlərdən biridir:
“Gündəlik həyatımızın rəqəmsallaşmasını nəzərə alaraq, buna daha da ciddi fikir verməliyik. "WhatsApp"la bağlı problemə gəldikdə isə burada bir neçə məqam var. Birincisi odur ki, insanlar kompüter üzərindən "WhatsApp"a daxil olan zaman çox hallarda bunu unudurlar. Kompüter qorunmursa, ictimai yerdədirsə, onlardan məlumatları ələ keçirmək olar. Yaxud müxtəlif nömrələrdən qeydiyyatdan keçmə, telefonu açıq qoyma kimi məsələlər də ola bilər. Burada təhlükəsizlik gigiyenalarına əməl olunmalıdır. Zənnimcə, bununla bağlı təlimlər yaradılmalıdır. İnsanlar bu təlimatlara uyğun olaraq hərəkət etməlidirlər. Bu yalnız yazışmalar üçün yox, bank məlumatları kimi önəmli məsələlərə də aiddir. Bunlarla bağlı maarifləndirmə keçirilməlidir.
F.Kazımovun fikrinə, rəqəmsal savadlılıq erası olsa da, ölkədəki insanların əksəriyyəti bu savadlılıqdan uzaqdadırlar:
“Ölkədə internetdən istifadə edən böyük bir kütlə kompüterdən istifadə etmədən internetə çıxış əldə edib. Amma Qərb ölkələrində ilk olaraq insanlar stolüstü kompüterlərdən istifadə ediblər, daha sonra noutbuka, sonra planşet və telefonlar erasına çatıblar. Mərhələli olaraq, insanlar müəyyən qədər savadlanıblar. Amma bizdə böyük bir qrup insanların heç vaxt internetə çıxışı olmayıb, müxtəlif sosial şəbəkələrə birdən-birə çıxış əldə ediblər. Onların rəqəmsal savadlılığı aşağı səviyyədədir. Bunu aradan qaldırmaq lazımdır. Bununla müvafiq dövlət orqanları, təşkilatlar məşğul olmalıdır. Rəqəmsal savadlılıq və kibertəhlükəsizlik gigiyenası ilə konkret tədbirlər görülməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin Ictimai Şurasının üzvü kimi bu məsələni qaldıracağam”.
Ekspertin sözlərinə görə, tətbiq, platforma, təlimat və yaxud onlayn kurs formasında maarifləndirmə işlərini aparmaq olar. O, qeyd edib ki, bunları məktəblərdə də tətbiq etmək lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət