
Regionla bağlı qorxunc ssenari: Ermənistan Azərbaycanı hərbi provokasiyaya çəkməyə çalışır
09:55 18.03.2025
Aktual
436
Martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, martın 18-i saat 08:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki, artıq bir neçə gündür ki, Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur və bu bölgədə gərginliyi artır:

"Maraqlıdır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni ilə bağlı danışıqlar yekunlaşdıqdan sonra bölgədə təhlükəsizlik riskləri daha da yüksəlib. Bütün bunların əsas səbəbkarı İrəvandır. Belə görünür ki, Ermənistan danışıqlar müstəvisində səmimi deyil. Çünki bir tərəfdən silahlanır, o cümlədən artıq Fransa və Hindistan silahları Azərbaycan sərhəddinə gətirilir. Eyni zamanda hərbi təxribatlar da özünü göstərməyə davam edir. Onların əsas niyyəti Azərbaycana hərbi provokasiya çəkməkdir. Regionda sülhü istəməyən qüvvələr, sabitliyi pozmaqda qərarlı olan geosiyasi mərkəzlər Ermənistandan istifadə edərək bunu həyata keçirməyə çalışırlar. Digər tərəfdən Rusiya-Ukrayna müharibəsinin yekunlaşmasına dair cəhdlər, Yaxın Şərqdə sülh quruculuğu prosesi fonunda Cənubi Qafqazda eskalasiyanın yaranması ən arzuolunmaz ssenaridir. Biz sülhə, təhlükəsizliyə müsbət yanaşan və sülh müqaviləsinin ilkin variantını - baza sənədlərini Ermənistana təqdim etmiş dövlətik".
Politoloq əlavə edib ki, İrəvanın təhlükəsizliyə kölgə salması qəbulolunmazdır:
"Buna görə də Ermənistanın ordumuzun mövqelərini atəşə tutulmasına son qoyması və sülh barədə real mövqeyini formalaşdırması önəmlidir. Əks təqdirdə bu cür gərginlik tamamilə yeni mərhələyə qədəm qoya bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya