Regionun lideriyik: Azərbaycan bütün qonşularını geridə qoyub
Banuçiçək Kalbalıyeva
08:34 12.07.2020
Aktual
779
BMT-in yaydığı məlumata görə, Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda liderdir. Ölkəmiz dünya dövlətləri arasında mühüm nəticə nümayiş etdirir. Azərbaycan bu göstəriciyə görə 54-cü pillədə qərarlaşıb və bununla da, qonşu öklələri qabaqlayıb.
BMT-in sözügedən məlumatını “Sherg.az”a təhlil edən millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyevin fikrincə, bu, atılan məqsədyönlü addımların nəticəsidir:
““Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Əlbəttə, bu uğur təsadüfi deyil. Cənab prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, sosial-iqtisadi paketlər və digər taleyüklü qərarlar Azərbaycan iqtisadiyyatının təkcə dayanıqlılığını təmin etməyib. Həm də inkişaf üçün əsaslı zəmin yaradıb. Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlikəsizliyinin təmin olunması, mövcud təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması göz qabağındadır. Sadaladığım faktları dünyanın aparıcı siyasi, iqtisadi qurumları da təsdiq edir. Bu nöqteyi nəzərdən Azərbaycanın gələcəkdə də nəinki regionda, hətta dünyada aparıcı dövlətlərdən biri olacağını əminliklə deyə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya