Reinteqrasiya Azərbaycanın daxili işidir - Rus sülhməramlılarının iştirakı...
Yusif Nəzərli
13:41 10.10.2023
Aktual
482
Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına öz töhfəsini verməyə hazırdır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “BMT Nizamnaməsinin prinsiplərinə tam riayət edilməsi və qarşılıqlı əlaqə beynəlxalq sülh və sabitliyin açarıdır” adlı məqaləsində yazıb.
Onun sözlərinə görə, ABŞ və AB-nin Azərbaycanla Ermənistan arasında münasibətlərə müdaxiləsi qeyri-sabitliyə səbəb olur.
“İndi geosiyasi ambisiyalarının qayğısına qalan Brüssel öz “vasitəçilik xidmətlərini” Azərbaycan və Ermənistana sırımaqla, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olur. İndi İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır”, - Lavrov bildirib.
Lavrovun sözlərini “Sherg.az”a şərh edən politoloq Aytən Qurbanova bildirib ki, Azərbaycan tərəfindən həyata keçirilmiş 24 saatlıq antiterror tədbirləri nəticəsində bütün əraziləri üzərində suverenliyini və legitim haqlarını bərpa etməsindən sonra sülhməramlıların Qarabağ ərazisində mövcudluğuna ehtiyac olmaması məsələsinin xüsusi müzakirələrə səbəb olduğu bir vaxtda belə bir bəyanatın verilməsi təəccüb yaratmır:
“Çünki rus sülhməramlılarının missiyasına aid olan məsələlər demək olar ki, birbaşa olaraq Azərbaycan dövləti və silahlı qüvvələri tərəfindən yerinə yetirilib. Ona görə də, bu gün rus sülhməramlılarının mövcudluğu üçün əsaslar bir-bir özü yox olur. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda Lavrovun bu bəyanatı sırf onların Qarabağdakı varlığının verə biləcəyi töhfələri vurğulamaq xarakteri daşıyır. Nəticə etibarilə verilən bəyanatların mahiyyətinin nə ifadə etməsindən asılı olmayaraq, reinteqrasiya məsələsi Azərbaycanın daxili işi olduğunu unutmamalı və bundan sonrakı mərhələdə rus sülhməramlılarının prosesdə hansı formada iştirak edə biləcəyinin mümkünlüyünün də məhz Azərbaycan tərəfinin mövqeyindən asılı olduğunu qeyd etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xanımına tərəf müqabili ilə xəyanət etdiyi iddia olundu
02:12 15.04.2026
Şou
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya