"Rəsmi Bakı balans siyasətindən uzaqlaşıb, strateji seçim etmək ərəfəsindədir"
Yusif Nəzərli
13:40 30.05.2022
Aktual
547
“Rəsmi Bakı balans siyasətindən Avropa ilə strateji yaxınlaşma kursuna keçid etməyə hazırlaşır”.
“Sherg.az”ın xəbərinə görə, bu barədə politoloq Elçin Xalidbəyli deyib.
Ekspert bildirib ki, Azərbaycan xarici siyasət kursunu tədricən yenilənməkdə olan dünya düzəninin şərtlərinə uyğunlaşdırmağa çalışır:
“Azərbaycanın xarici işlər nazirinin son açıqlamasında da bunun ilkin əlamətlərini görmək mümkündür. Xarici işlər naziri Ceyhun Bayramov Ukraynadakı vəziyyətin çox böyük narahatlıq doğurduğunu bildirib.
O, Azərbaycanın da 30 ilə yaxın hüquqi ədalətsizlikdən əziyyət çəkmiş bir dövlət olduğunu xatırladaraq, beynəlxalq hüququn irəli sürdüyü, tələb etdiyi normalara əməl edilməsinin vacibliyini vurğulayıb: “Azərbaycanın bu məsələlərin Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh, danışıqlar yolu ilə həll edilməsinin vacibliyini önə çəkməsi təbiidir”.
Bu açıqlama məzmunca rəsmi Bakının xarici siyasət kursunu tədricən konkretləşdirməyə çalışdığını göstərir. Rəsmi Bakı balans siyasətindən uzaqlaşıb, strateji seçim etmək ərəfəsindədir. Böyük ehtimalla Azərbaycan yeni dünya düzəninin şərtlərinə, yeni geopolitik çağırışlara uyğun xarici siyasət yürütməyə üstünlük verəcək”.
Analitikə görə, bütün bunlar ölkənin olduqca önəmli yeni mərhələyə start verməyə yaxın olduğunun ilkin əlamətləri kimi qəbul edilə bilər:
“Bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev də rəsmi Bakının Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğulamışdı. Rəsmi Kiyevə Ukraynanın ərazi bütövlüyü ilə bağlı güzəştə getməməyi məsləhət görmüşdü. Bütün bunlara indi Azərbaycanın xarici işlər nazirinin son açıqlamasını da əlavə edəndə olduqca maraqlı məqamlar ortaya çıxır. Belə ehtimal etmək olar ki, Azərbaycan xarici siyasət kursunda ciddi dəyişikliklər etməyə başlayıb. Əslində, Azərbaycanın Avropa ilə strateji yaxınlaşma kursuna keçid etməsi olduqca vacibdir. Bu, artıq zamanın və yenilənməkdə olan dünya düzəninin tələbidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət