
“RİA Novosti"yə girişin bloklanması doğru qərardır
“RİA Novosti"yə girişin bloklanması doğru qərardır
Yusif Nəzərli
06:58 07.06.2022
Aktual
535
Azərbaycanda bütün xarici media orqanlarının fəaliyyəti araşdırılmalıdır
“RİA-Novosti”nin ardınca “Sputnik Azərbaycan”ın da ölkəmizdə fəaliyyətinə son qoyulmalıdır"
Bir neçə gün öncə ölkəmizdə Rusiyanın dövlət informasiya agentliyi – “RİA Novosti"nin girişi bloklanıb. Buna səbəb özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın sözügedən agentliyə müsahibəsi olub. “RİA-Novosti” son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti məskunlaşan rus sülhməramlılarının nəzarət etdiyi ərazidə fəaliyyət göstərməyə çalışan erməni separatçılarının yalan və böhtan dolu təbliğatını aparmaqla məşğul idi. Agentliyin özünü qondarma nazir kimi təqdim edən Artak Beqlaryandan müsahibə alması isə rəsmi Bakının səbr kasasını daşırıb.

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, ümumiyyətlə, rəsmi Bakının bu qərarı təkcə “RİA-Novosti” və ya Rusiya ilə bağlı deyil. Onun sözlərinə görə, Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna görə, zəruri hallarda internet informasiya resurslarına giriş məhdudlaşdırıla bilər:
“"RİA Novosti"yə girişin Azərbaycanda bloklanması Azərbaycan-Rusiya münaisbətlərini pozacağını düşünmürəm. Birincisi, “RİA-Novosti” Rusiyanın dövlət agentliyidir. Azərbaycandan fərqli olaraq Rusiya bir müddət öncə "Roskomnadzor”un qərarı ilə Azərbaycanda fəaliyyət göstərən “Oxu.az”, "haqqın.az”, "minval.az”, "baku.ws" kimi yerli media subyektlərinə Rusiya ərazisində girişinə blok qoyub. Adları çəkilən saytlar Rusiya-Ukrayna müharibəsinə obyektiv mövqe tutduqları və işğala məruz qalanın yanında olduqları üçün bloklanmışdı. Digər yandan rəsmi Bakı bu günə qədər Rusiyanın terrorçu və separatçı saydığı Çeçen İcxerya respublikasının Rusiyadan kənarda yaşayan nümayəndələri ilə heç vaxt “RİA-Novosti”nin etdiyi kimi müsahibə almayıb. Belə bir müsahibə Kremli necə narahat edərdisə hazırda “RİA-Novosti” Artak Beqlaryandan aldığı müsahibə Azərbaycanı elə narahat edir”.
T.Rzayevə görə, hazırda Azərbaycanda onlarla akkreditasiya olunmuş xarici jurnalist və media orqanları fəaliyyət göstərir: “Onların hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bir çox xarici media orqanının uğurlu fəaliyyətinin də şahidi oluruq. Bununla belə bəzi xarici media orqanlarının fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır.
Daha dəqiq desək, “RİA-Novosti”nin ardınca “Sputnik Azərbaycan”nın da ölkəmizdə fəaliyyətinə son qoyulmalıdır. Məsələ ondadır ki, “Sputnik Azərbaycan”ın ölkədəki fəaliyyətini şübhə altına alan və bağlanmasını zəruri edən başlıca səbəb Rusiyanın RT kanalının baş redaktoru, erməni əsilli Marqarita Simonyandır. Simonyan bundan öncə dəfələrlə ölkəmiz əleyhinə əks-təbliğat aparıb.
Onun bir müddət öncə paylaşımlarından birində “Qarabağ Rusiyaya birləşdirilməlidir” deməsi isə bu şəxs qədər onun rəhbəri olduğu qurumun da ölkəmiz üçün potensial təhdid olduğunu sübut edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi