Ruhi xəstələri məsxərəyə qoyan şəxslərlə bağlı polis araşdırmaya başladı

Bu günlərdə sosial şəbəkələrdə Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində xəstələrin məsxərəyə qoyulduğunu əks etdirən videogörüntü yayılıb. Görüntülərdən bəlli olur ki, bir qrup gənc pasiyentləri ələ salaraq oynadır, kameraya çəkir.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, sosial şəbəkələrdə yayılan video görüntü ötən il Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib.

Videogörüntünü xəstəxanaya yoxlanışa yaxud, xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır.