Rusiya Belarusa neft tədarükünü dayandırdı

Rusiya Belarus neft emalı zavoduna neft tədarükünü dayandırıb.

Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” öz mənbələrinə istinadən yayıb. Neft tədarükünün yanvarın 1-dən dayandırıldığı bildirilib.

Bununla belə, hələlik Belarusun neft ehtiyatının olduğunu və neft emalı zavodunun normal rejimdə işlədiyi vurğulanıb.

Qeyd edək ki, bundan öncə Belarus Prezidenti Aleksandr Lukaşenko 2020-ci ildə əvvəlki qiymətlər saxlanılmaqla Rusiyadan 22 milyard kub metr qaz və 25 milyon ton neft alacaqlarını bildirsə də tədarüklə bağlı müqavilə imzalanmamışdı.