
Rusiya Ermənistana istədiyi anda hərbi müdaxilə edə bilər - ŞƏRH
Yusif Nəzərli
13:17 04.10.2023
Aktual
754
Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası hərbi təlimlərə başlayır. Bu barədə Gümrü meriyasının əhaliyə xəbərlığında qeyd olunub. Meriyadan əhaliyə çağırış edilib ki, oktyabrın 4-də saat 09:30-dan 16:30-a kimi bazanın poliqonunda təlimlər keçiriləcək, şəhərdə atəş səslərinin eşidilməsindən narahat olmasınlar.
Məsələyə münasibət bildirən siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a söyləyib ki, ümumiyyətlə Cənubi Qafqazda deyil, hazırda bütün dünyada geosiyasi dəyişikliklər baş verir:
"Hətta yaxın gələcəkdə ölkələrin siyasi xəritələrinin dəyişməsini və bunun beynəlxalq arenada yavaş-yavaş tanınmasının da şahidi ola bilərik. Məsələn, Ukraynadakı əməliyyatlardan sonra cızılan yeni xəritələr kompromislər yolu ilə tanınmağa başlaya, yaxud da Afrikada müəyyən dəyişikliklər yaşana bilər. Dünyanın hər bir regionunda bu kimi dəyişikliklərdən heç kəs sığortalanmayıb. Cənubi Qafqazda dünyanın ən qaynar nöqtələrindən biri kimi təhdidlərə açıqdır.
Hazırda Cənubi Qafqazda çox pis vəziyyətə düşən Ermənistan dövləti öz gələcəyini xilas etmək və daha güclü havadarlar tapmaq üçün fərqli yollara baş vururlar. Bunun ən bariz nümunəsini isə biz 200 illik Rusiya kimi etibarlı müttəfiqlərini satmalarında gördük. Birmənalı olaraq Ermənistan özünün ən böyük dəstəkçisi olan Rusiya dövlətinə qarşı bir növ xəyanət etmiş durumdadır.

Hazırda Nikol Paşinyan hakimiyyəti Fransa başda olmaqla Qərb dairələrinə, o cümlədən ABŞ-ə yaxınlaşaraq daha güclü dövlət strukturu formalaşdırmağa çalışır. Amma öncə Cənubi Qafqazda Qərb ilə müttəfiq əlaqələrin qurulması nə qədər faydalıdır ona baxmaq lazımdır. Çünki Cənubi Qafqaz tarixin heç bir mərhələsində Qərb dövlətlərinin təsir obyektinə düşməyib. Tarix boyu bu regionda Azərbaycan, Rusiya və Anadolu türklərinin dövlətçiliyi söz sahibi olub.
Bu gün də həmin reallıq davam edir. Ermənilər belə bir vəziyyətdə Cənubi Qafqazda onlara yeganə havadarlıq edən Rusiyaya qarşı belə addımlar atdı. Şimal qonşumuz isə bu hərəkətlərə dəfələrlə sərt reaksiya verib. Məhz Roma razılaşmasının qəbulundan sonra Rusiya tərəfinin müxtəlif səviyyələrdə bunun Ermənistan üçün acı nəticələr verəcəyi istiqamətində açıqlamalarına rast gəlirik.
Bu da başa düşüləndir. Çünki Ermənistan dövləti Rusiyanın 200 illik bir planı idi. Həmçinin Cənubi Qafqazda Ermənistandan istifadə edərək Rusiya öz mövqeylərini bölgədə gücləndirirdi. Rusiya bunları bağışlamaq istəmir. Onlar düşünür ki, ermənilər hər şeyini Moskvaya borcluykən hazırda fərqli addımlar atır. Həmçinin Ermənistan Moskvanı düşdüyü çətin vəziyyətdə yarı yolda buraxır və onların əsas düşmənləri olan Qərb dairələri ilə yaxınlaşmağa çalışır. Amma Rusiya ermənilərin hər zaman bu xislətə sahib olduğunu anlamalı idi. Məsələn, Osmanlının zəiflədiyi dönəmdə də onları satıb, Azərbaycana yerləşdilər. Bir müddət sonra isə Azərbaycan türklərinə qarşı xəyanət etməyə başladılar. Ona görə də Gümrüdəki hərbi bazada keçrilən təlimlər Ermənistana göz dağıdır. Çünki 1997-ci ildə imzalanan razılaşma ilə Rusiya və Ermənistan həm də hərbi müttəfiqdirlər. Ona görə də, Rusiya bunu əsas gətirərək Ermənistana istədiyi vaxt hərbi müdaxilə edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual