Rusiyada azərbaycanlı polis öz maşınında qəfildən öldü

Rusiyanın Volosovski rayonunda azərbaycanlı polis avtomobilində ölüb.

47news-un xəbərinə görə, polislər işıqlarını yandırmayan “Ford Mondeo” markalı avtomobili saxlayıblar.

Onlar protokol tərtib etmək üçün 57 yaşlı azərbaycanlı sürücünü xidməti avtomobilə dəvət ediblər. Amma avtomobildə vəziyyəti pisləşən azərbaycanlı təcili yardım gələnə qədər infarkt keçirərək ölüb.

Peterburq şəhərində müvəqqəti yaşayan həmin şəxsin avtomobilində kardioloji dərmanlar olub.

Hadisənin təfərrüatı araşdırılır.