Rusiyadan bakılı milyarder xanımla bağlı açıqlama

Anqolanın keçmiş prezidenti Eduardo dos Santosun qızı milyarder-biznesvumen İzabel dos Santos Rusiya vətəndaşıdır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN Dos Santosun bir müddət əvvəl Tvitter səhifəsində Rusiya vətəndaşlığı barədə xatırlatmasına cavab olaraq məlumat yayıb.

“Adı çəkilən şəxs Rusiya vətəndaşlığı almayıb, o elə əvvəldən Rusiya vətəndaşı idi”, - XİN-dən bildirilib.

Eduardo Dos Santos ötən əsrin 70-ci illərində Bakıda, indiki Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb və burada evlənib. Həmin evlilikdən Bakıda onun hazırda 44 yaşında olan qızı İzabel dünyaya gəlib. Sonradan Eduardo dos Santos ölkəsinə qayıdıb və prezident olub, onillər boyu Anqolanı idarə edib. Sonradan onun qızı bizneslə məşğul olmağa başlayıb və sürətlə varlanaraq Afrikanın ən zəngin qadınına çevrilib. Sərvəti 3.5 milyard dollara yaxındır.