Sabir Rüstəmxanlının müavini Xətaidən namizədliyini irəli sürdü

İctimai fəal, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərinə qatılıb.

Bu barədə açıqlama verən S.Əsədli qeyd edib ki, partiyanın qərarı ilə bu gün sənədlərini 34 saylı Xətai ikinci seçki dairəsinə təqdim edib.

Qeyd edək ki, ötən seçkidə bu dairədən deputat seçilən Fuad Muradov hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildiyi üçün mandatdan imtina edib.

Ölkənin əsas siyasi gücü olan YAP-ın bu dairədən namizədi hələ açıqlanmayıb.