Sabirabadda piyadanı vurub qaçan avtomaşın tapıldı

Ötən gün axşam saatlarında Sabirabad rayonunun Kürkənd kəndində piyadanı vurub hadisə yerini tərk edən avtomaşın axtarılırdı.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 20 yaşlı piyada, Kürkənd sakini Əhməd Sabit oğlu Zülfüqarovun VAZ-2107 markalı 99 MF 271 dövlət nömrə nişanlı avtomaşınla vurulduğu müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü hələlik istintaqdan yayınsa da, avtomaşın rayonun Qaralar kəndindəki həyətlərindən tapılaraq cərimə meydançasına gətirilib. Hadisə nəticəsində ağır kəllə beyin xəsarəti almış piyada Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.