Sarkisyan üzləşmədə: Keçmiş naziri təhqir etdi

Ermənistanın Xüsusi İstintaq Komitəsində keçmiş Kənd Təsərrüfatı naziri Serqo Karapetyanla üzləşdirmə zamanı Serj Sarkisyan özünü saxlaya bilməyib və təhqiramiz ifadələrə yol verib. “Qraparak” qəzetinin məlumatına görə, üzləşmə zamanı Karapetyan keçmiş rəisinin üzünə baxa bilməyib.

“Sarkisyan Karapetyandan soruşub: “Serqo, mən sənə belə şey demişdim? Söhbət Sarkisyanın şəxsən o zamankı nazirə fermerlər üçün dizel yanacağının alınması məsələsində “Fleş” şirkətinə üstünlük verməsini tapşırmasından gedir.

Üzləşmə zamanı eks-nazir cavab olaraq inanclı insan olduğunu və yalan danışa bilməyəcəyini deyib. Sarkisyan bu məqamda özünü saxlaya bilməyib: "Əgər sən inanclı insansansa, niyə mənim qanunsuz göstərişlərimi yerinə yetirdin və dövlətə zərər vurdun?”. 

Bu sözlərdən sonra Sarkisyan təhqiramiz ifadələr səsləndirib.