Şəfəq Hüseynli Avropa Şurasında yeni vəzifəyə seçildi
12:59 24.10.2019
Aktual
486
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib.
Oxu.Az xəbər verir ki, qərar Strasburq şəhərində keçirilən Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi komitəsinin (CAHAMA) 48-ci iclasında qəbul edilib.
Ş.Hüseynli CAHAMA-nın işində gender bərabərliyi prinsiplərinin tətbiq edilməsi üzərində işləyəcək.
“Antidopinq təşkilatlarının başlıca məqsədi ədalətli idman və bütün idmançılar üçün bərabər hüquqlar, imkanlar naminə mübarizədən ibarətdir. Gender tarazlığını təmin etmədən bu məqsədə nail olmaq mümkün deyil. Kişilər və qadınlar arasında mövcud olan bərabərsizlik problemi idman dünyası üçün də aktualdır”, - deyə Ş.Hüseynli iclasda bildirib.
Xatırladaq ki, bu ilin mayında Ş.Hüseynli Avropa Şurasının “idmançıların ədalət mühakiməsinə maneəsiz çıxışının təmin edilməsi” üzrə xüsusi İşçi qrupunun sədr müavini seçilib. Qrupun əsas məqsədi antidopinq qaydalarının tətbiqi zamanı idmançıların hüquqlarının səmərəli müdafiəsi və onların ədalət mühakiməsinə maneəsiz çıxışının təmin edilməsidir.
Bu müddət ərzində Azərbaycan tərəfi dopinqə qarşı mübarizə zamanı insan hüquqlarının qorunması sahəsində bir sıra tədbir həyata keçirib və bir sıra təklif irəli sürüb.
Qeyd edək ki, Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya