Səkkiz nəfər liftdə qalıb

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Yasamal, Binəqədi və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən, 2-si azyaşlı olmaqla 8 nəfərin liftdən çıxarılması təmin edilib.