
Separatçıları və terrorçuları heç vaxt bağışlamaq olmaz -AÇIQLAMA
Yusif Nəzərli
04:46 17.10.2024
Aktual
429
Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları separatçıları məsuliyyətdən xilas edə bilməz
Ermənistan Baş naziri Nikol Paşinyanın kommunikasiyaların açılması məsələsi ilə bağlı səsləndirdiyi fikirlər, xüsusən “hərbi əsirlər”in qaytarılmadığını iddia etməsi siyasi fitnəkarlıqdır. Paşinyan ənənəvi erməni xislətinə sadiq qalaraq Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı yenə də dolaşıq, ziddiyətli fikirlər səsləndirib. Baş nazir 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın kommunikasiyaların açılmasına dair öhdəliyinin yerinə yetirilməsi üçün konkret addımlar atmaqdan növbəti dəfə yayınıb. Hərçənd ki, üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın kommunikasiyaların açılması xüsusunda hansı öhdəliklərinin olduğu və nəqliyyat əlaqəsi üzrə nəzarətin hansı formada təşkil olunacağı barədə hər şey aydın şəkildə qeyd olunub. Lakin Paşinyan yenə bunları danır. “Hərbi əsirlər” məsələsində də eyni həyasızlıq müşahidə olunur.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, son 4 ildə regionda cərəyan edən prosesləri diqqətlə izləyən hər kəs bilir ki, Azərbaycan tərəfi indiyə qədər bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib. Bu da Azərbaycanın humanizm prinsiplərinə axıra qədər sadiq qalmasının nəticəsidir:

"Hərbi əsirlərin Ermənistana təhvil verildiyini təsdiqləyən bütün dəlil-sübutlar da ortadadır. Bu mənada Ermənistan baş nazirinin və ona havadarlıq edən ermənipərəst Qərb siyasi dairələrinin 2023-cü ilin 19-20 sentyabr tarixində həyata keçirilmiş lokal antiterror əməliyyatının nəticəsində həbs olunmuş separatçı xunta rejiminin nümayəndələrini və Xocalı qatillərini “hərbi əsir”lər kimi təqdim etməyə çalışması həqiqətən də absurddur. Həmçinin Niderland Krallığı Parlamenti Nümayəndələr Palatasının qəbul etdiyi anti-Azərbaycan xarakterli iki qətnamə də, Avropa Parlamentinin ermənipərəst deputatı Natali Luazonun jurnalistlərə müsahibəsində Azərbaycana qarşı uydurma və həqiqətdən uzaq “məlumat”larla çıxış etməsi də ölkəmizi əsassız olaraq hədəf alan və Cənubi Qafqaz regionunda real vəziyyəti təhrif edən qərəzli siyasi hərəkətlərdir. Biz bu hərəkətləri qətiyyətlə pisləyir və rədd edirik. COP29-u pozmağa və separatçıları ədalətli mühakimədən yayındırmağa xidmət edən bu cür hərəkətlər Ermənistan rəhbərliyinin də, Qərb dairələrinin də gerçək simasını ifşa edir".
Analitik vurğulayıb ki, bu dairələr Azərbaycana qarşı ərazi iddiaları sürən, konstitusion quruluşu dəyişdirməyə cəhd göstərən, ərazilərimizdə quldur dəstələri yaradan, torpaqlarımızı minalayan, insanlarımızı qətlə yetirən keçmiş separatçı rejimin nümayəndələrini və terrorçuları “hərbi əsir” kimi qələmə verərək onların azad olunmasını tələb edirlər:
"Hazırda Bakıda məhkumluq həyatı yaşayan və haqq etdikləri cəzanı gözləyən erməni separatçıların “hərbi əsir” kimi qələmə verilməsi beynəlxalq hüququn prinsiplərinə ziddir, qanunun aliliyinə hörmətsiz yanaşmadır. Erməni təbliğatının girovuna çevrilmiş bəzi dövlətlərin, beynəlxalq təşkilatların və ayrı-ayrı parlamentarilərin separatçı və terrorçuları “hərbi əsirlər” kimi təqdim etmələri Qərbin mənəvi-siyasi iflasının göstəricisidir. Azərbaycan isə separatçıların hərbi cinayətlərini, insanlıq əleyhinə suçlarını bağışlamaq fikrində deyil. Separatçıları və terrorçuları heç vaxt bağışlamaq olmaz. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları separatçıları məsuliyyətdən xilas edə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya