
Şərqi Zəngəzuru və Naxçıvanı birləşdirəcək ilk körpü... – Kim uduzacaq, kim udacaq? - “İtirən Ermənistandır”
Yusif Nəzərli
11:41 05.07.2022
Aktual
608
“Onlar adıçəkilən layihədən də kənarda qalsa, Ermənistan qışda ağır vəziyyətə düşəcək"
“Ermənistan getdikcə tam blokadaya düşür. Bu da Ermənistanın dövlət kimi mövcudluğunda sual yaradır”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Şərqi Zəngəzuru və Naxçıvanı birləşdirəcək ilk körpünün tikintisinə yaxın zamanda start veriləcək. Nazirin sözlərinə görə, ilk körpünün texniki göstəriciləri artıq razılaşdırılıb və tezliklə tikinti işlərinə başlanılacaq.Qeyd edək ki, Azərbaycan və İran arasında imzalanan ilk vacib sənəd Şərqi Zəngəzur-Naxçıvan ticarət dəhlizi ilə bağlı imzalanan memorandumdur.
Bu sənədlə İİR ərazisində Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunu və Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat arteriyası yaradılması nəzərdə tutulur. Dəhliz İran-Ermənistan sərhədindən 5 km cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq.

Məsələyə münasibət bildirən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyevin qənaətincə, Ceyhun Bayramov açıqlaması ilə dövlət başçısı İlham Əliyevin iradəsini bəyan edib:
"Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfi öz imzaladığı 10 noyabr 2020-ci il bəyannaməsinin 9-cu bəndinə əməl etmək istəmir. Ona görə Azərbaycan Prezidenti alternativ axtardı, İranla memorandum imzalandı. Məhz həmin nəqliyyat dəhlizinin İrandan keçməsinə dair razılaşma var. Azərbaycan İranla münasibətlərində yeni mərhələyə qədəm qoyur. İranda müəyyən qüvvələr hələ də Azərbaycanı hədələməklə məşğuldur. Hətta "SEPAH" ( İran İnqilab keşikçiləri Ordusu ) C.Bayramovun səfəri zamanı bir qədər irəli getdi. Guya, İsrailin tərəfdarlarını süpürüb atırlar. Sonra Fatehin adını çəkirlər.
İran daxilində "SEPAH" bir hökumətdir, dövləti saymır. Çünki İran rəsmiləri Azərbaycana dair sərsəm bəyanat verməyib. Lakin ilk körpünün tikintisindən sonra İranın daxilində cilovlanmaq istəməyən və Azərbaycanı sevməyən qüvvələr "siyasi buxova" keçməyə məcburiyyət duyacaqlar".
Politoloq bildirib ki, Azərbaycan alternativ kommunikasiya dəhlizi qazanacaq:
"Ermənistanla dəhlizin nə vaxt açılacağı bəlli deyil, istifadəyə verilsə belə, yüklər çox olanda İrandan keçərək daşımaq daha rahatdır. Həmin yoldan gələcəkdə başqa bir istiqamətdə birbaşa İran körfəzinə , Hind okeanına çıxış əldə edə bilərik. Şimal - Cənub dəhlizinin "Astara-Astara" dəmir yolu xətti də hazırdır.
İran Amerikanın qoyduğu sanksiyalardan əziyyət çəkir. İranın Azərbaycan vasitəsilə Rusiya və digər ölkələrə, Qafqaza çıxışı baş tutacaq. İran sözügedən yolla Türkiyədən keçərək Aralıq dənizinə, ümumiyyətlə, okeana çıxması mümkündür. Avropaya çıxış onlar üçün önəmlidir.
Əslində itirən Ermənistandır. Rusiya isə hələlik heç nə itirmir. Rusiyanın İranla da münasibətləri yaxşıdır. Rusiya lazımi yükləri İrandan daşıya bilər. Dəhliz açılandan sonra Rusiya yüklərinin Türkiyəyə və İrana gedişi bir qədər asanlaşacaq. Yeni yol beynəlxalq standartlar səviyyəsində çəkiləcək.
Ermənistan getdikcə tam blokadaya düşür. Bu da Ermənistanın dövlət kimi mövcudluğunda sual yaradır. Onlar adıçəkilən layihədən də kənarda qalsa, Ermənistan qışda ağır vəziyyətə düşəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət