
ŞƏT-də ŞƏRTLƏR... – “Putin və Ərdoğan erməni təxribatını mütləq müzakirə edəcəklər” – Təhlil
Yusif Nəzərli
14:21 15.09.2022
Aktual
603
Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlət başçılarının assosiasiyanın genişləndirilməsi ilə bağlı bir sıra qərarların qəbul ediləcəyi sammiti keçiriləcək. Son üç ildə ilk dəfə əyani keçiriləcək sammitdə ŞƏT-ə üzv dövlətlərin liderlərindən əlavə, üç müşahidəçi ölkə, Belarus, İran və Monqolustan, həmçinin üç ölkə Azərbaycan, Türkmənistan və Türkiyə dəvət olunub. Toplantıda Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilsə onun səfəri ləğv olunub.

BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli mövzu ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, bu sammit iqtisadi əməkdaşlıq baxımından kifayət qədər önəmlidir:
“Çünki bura böyük iqtisadi potensiala malik Çin və Hindistan daxildir. Bu mənada ŞƏT-ə daxil olan ölkələr onlar ilə əməkdaşlığı genişləndirməyə çalışırlar. Düşünürəm ki, sammit çərçivəsində iqtisadi əməkdaşlığa yeni üzvlərin qəbul olunması diqqət mərkəzində olacaq. Eyni zamanda Azərbaycan-Ermənistan sərhəddində baş verən son hadisələrin Rusiya və Türkiyə prezidentləri tərəfindən müzakirəsi də gözlənilir.
Türkiyə dövlət başçısının məsələdəki mövqeyi bəllidir. Ərdoğan Səmərqəndə getməzdən öncə verdiyi açıqlamalarda bildirib ki, Ermənistan bütün bu ambisiyalarından əl çəkməlidir. Öz sərhədləri daxilində fəaliyyət göstərməlidir. Yekun sülhün imzalanması üçün öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəlikləri yerinə yetirməsə, gələcəkdə özünə problem yaradacaq.
Bunlar kifayət qədər ciddi mesajlardır. R.T.Ərdoğan açıq şəkildə Ermənistanın indiyə qədər atdığı bütün təxribatçı addımlarının cəzasını çəkəcəyini də vurğulayıb. Rəsmi İrəvana Rusiyanın da təsir imkanları kifayət qədər böyükdür. Bunu nəzərə alaraq Putin və Ərdoğan məsələni mütləq müzakirə edəcəklər.
Düşünürəm ki, Paşinyan ŞƏT-in sammitinə getməkdən imtina etsə də, orda Ermənistanı müəyyən yola çəkmək cəhdləri olacaq. Eyni zamanda toplantıdan sonra Putin, Ərdoğan və Əliyev görüşünün keçirilməsi də mümkündür . Görüşdə Ermənistan-Azərbaycan sərhədindəki gərginlik başlıca müzakirə predmeti olacaq.
Bu məsələdə Azərbaycanın mövqeyi aydındır. Ona görə əsas diqqət rəsmi İrəvanın üzərinə yönəlib. İndi Ermənistan iqtisadi və siyasi cəhətdən tükənib. Bu mənada düşünürəm ki, o hazırkı vəziyyətdən sadəcə olaraq nəticə çıxarmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTİLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region