Sevgiləri tükənməzdir
Yusif Nəzərli
21:16 07.06.2022
Aktual
643
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu liderlərindən ilham aldılar
"Azərbaycan və Türkiyə prezidentləri arasındakı dostluq XİN başçıları səviyyəsində də müşahidə edilir"
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edib. Nazir Ankarada Türkiyə Prezident Kitabxanasının qurulmasının 30 illiyinə həsr edilən tədbirdə iştirak edib.
Səfər çərçivəsindəTürkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub. Azərbaycanın xarici işlər naziri Azərbaycan-Türkiyə müttəfiqliyinin bölgədə sülh və əmin-amanlığa, iqtisadi tərəqqiyə xidmət etməsindən bəhs edib.
Onun sözlərinə görə, nəhəng regional layihələr, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi nəticəsində Azərbaycanla Türkiyə enerji və logistika mərkəzlərinə çevrilib.
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov “Şərq”ə açıqlamasında Azərbaycan XİN rəhbərinin Türkiyə səfərinin önəmli bir dövrə təsadüf etdiyini deyib. Onun sözlərinə görə, Azərbaycan XİN başçısının Türkiyə səfəri iki ölkə rəhbərliyi arasındakı daimi və sıx təmasların davam etdirilməsidir:
“Nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə həm Şuşa Bəyannaməsi, həm də Bakı Bəyannaməsi ilə daim təmasda olmalıdırlar. İki ölkənin xarici siyasətinin mərkəzi sayılan XİN səviyyəsində müzakirə və görüşlərin davamlı olmağı da təbiidir.
Həmçinin bir faktoru da nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə prezidentləri arasındakı dostluq XİN başçıları səviyyəsində də müşahidə edilir. Cənab İlham Əliyev və Ərdoğan arasında olan dostluq elə Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında da mövcuddur. Eyni zamanda Çavuşoğlunun Azərbaycan sevgisi də ayrıca qeyd edilməlidir.
Burada iki vacib komponent var. Birincisi, bu səfər çərçivəsində bir neçə gün öncə Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə işçi qrupların Moskvada görüşləri keçirilib. İkincisi isə Ceyhun Bayramovun bu səfəri ərəfəsində Lavrov da Türkiyəyə səfər edəcək və Türkiyə yaxın bir həftə ərzində xeyli sayda ölkənin XİN rəhbərlərini qəbul edəcək”.
Politoloqun fikrincə, Türkiyə və Azərbaycan 3+3 formatının çevik şəkildə addımlar atmağını istəyir. Türkiyə təkcə Azərbaycan və Ermənistan arasındakı münasibətlər, Rusiya ilə gələcək əməkdaşlıq və Ukrayna böhranını deyil, 3+3-ün aktivləşdirilməyini də müzakirə edəcək:
“Masada bu formatın işləkliyi ətrafında konkret təkliflərin olacağını düşünürəm. Eyni zamanda Türkiyə ilə Rusiya arasında Ukrayna limanlarından ərzaq idxalının böhranlara qarşı effektivliyi ətrafında müzakirələr aparılacaq.
Masada bu qərarın və növbəti Rusiya-Türkiyə anlaşmasının Azərbaycan və Türkiyənin ərzaq təhlükəsizliyində oynadığı önəmli rola da toxunulacaq. Bağlı qapılar arxasında Ukrayna ilə münasibətlərin normallaşmağında Türkiyə və hətta Azərbaycanın da moderatorluğunun imkanları təhlil ediləcək.
Mənə elə gəlir ki, Türkiyə və Rusiya yaxınlaşmağına qarşı həmişə aqressiv yanaşan Qərb bu danışıqlardan narahatlıq keçirə bilər. Amma Türkiyənin öz dövlət maraqları var. Bu günə qədər də Qərbdən gələn təhdidləri yerindəcə zərərsizləşdirib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi