Söz-söhbət yaradan keçiddə işlər bərpa olundu

Xətai rayonunun Ukrayna dairəsində inşası ilə söz-söhbətə səbəb olan və oktyabr ayında tikintisi müvəqqəti dayandırılan unikal görünüşlü yerüstü keçiddə aparılan işlər yenidən bərpa olunub. Beton pilləkənləri qoyulduqdan sonra keçiddə dəmir konstruksiyasının hazırlanması ərəfəsində işlər müvəqqəti dayandırılmışdı.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, hazırda yerüstü keçiddə artıq son tamamlanma işləri aparılır. Təxminən 2-3 aydan sonra keçid istfadəyə veriləcək:

“İşlərin 70-80 faizi yekunlaşıb. Keçidin aşınma hissəsi artıq qoyulub. Yaxınlarda kənarları bağlanacaq.

Hazırda müəyyən işlər qalıb ki, növbə ilə hamısı həyata keçirilir. Keçidin interyeri təmir ediləcək, içinin bəzək işləri aparılacaq. Pilləkənlərin təmiri, avtomatik pandusların və liftlərin qurşadırılması da bu müddət ərzində həyata keçiriləcək. Təxminən 2-3 aya keçid vətəndaşların istifadəsinə veriləcək”.

Xatırladaq ki, Xətai rayonunun Ukrayna dairəsində inşa edilən yerüstü keçid tikildiyi gündən görüntüsünə görə müzakirə olunur.