"Suriyada hələ də böyük üstünlük Rusiyadadır"  - Politoloq

Ankara ilə Moskva bir-birləri ilə qarşıdurma xəttinə getməkdə maraqlı deyillər


"Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ-də Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı gizli görüş keçirdiyi məlumatları yayılır". 

Sherg.az xəbər verir ki, bu haqda siyasi şərhçi Aqşin Kərimov məlumat verib. Ekspertin sözlərinə görə, Rusiya bu məlumatı təkzib edir, ABŞ isə nə təsdiq, nə də təkzib edir. A. Kərimov qeyd edir ki, bundan sonra Ərdoğan-Zelenski danışıqları keçirilir: 

"Azov komandirlərinin qaytarılması ikitərəfli deyil, çoxtərəfli masada verilən qərarların nəticəsidir.  Böyük ehtimalla Ərdoğan bunun müqabilində NATO liderlərinin sammitində Alyansın aparıcı güclərindən dəstək almağı hədəfləyir - əsasən iqtisadi məsələlərdə, PKK-ya qarşı mübarizədə və Cənubi Qafqaz oxunda..."

Siyasi şərhçi vurğulayır ki,  Azov komandirlərinin Ukraynaya təhvil verilməsi, mümkün Rusiya-Ukrayna danışıqlarında Türkiyənin vasitəçilik profilini yüksəldir. 

Türkiyə Rusiya üçün Suriyada və Cənubi Qafqazda yarana biləcək boşluqlara dolaraq Moskva ilə danışıqlarda üstün mövqelərə çıxmaq istəyir.  Hərçənd, Suriyada hələ də böyük üstünlük Rusiyadadır və Ankara ilə Moskva bir-birləri ilə qarşıdurma xəttinə getməkdə maraqlı deyillər. Bütün bunların fonunda CIA direktoru Uilyam Börnsün və Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelin Çinin yüksələn nizamyaradıcı gücünə işarə etməsi təsadüfi deyil".

Turan