Şuşa Bəyannaməsi vaxtında verilmiş ən doğru qərardır
Yusif Nəzərli
08:30 15.06.2022
Aktual
705
Azərbaycan və Türkiyə müttəfiqlik bəyannaməsi ilə öz güclərini birləşdirdilər
“2021-ci ildə Türkiyə və Azərbaycan arasında müttəfiqlik sazişinin həm iyunun 15-də, həm Şuşa şəhərində imzalanması simvolik xarakter daşıyır”. Bu sözləri “Şərq” qəzetinə açıqlamasında Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayıl deyib.
Professor bildirib ki, 44 günlük müharibədən sonra Şuşa Bəyannaməsinin imzalanması xüsusi əhəmiyyət kəsb edirdi: “İki qardaş ölkənin əməkdaşlığının, əlaqələrinin strateji müttəfiqlik səviyyəsinə qaldırılması mühüm idi. Ötən bir il ərzində Azərbaycan və Türkiyə bir çox məsələdə vahid mövqe sərgiləyib, birgə addım atıblar. Təhlükəsizlik şuralarının birgə iclası, alınan qərarlarda ortaq məxrəcə gəlinməsi, bölgəmizdə baş verən proseslərin dəyərləndirilməsi, Qarabağ məsələsinin tamamilə həll edilməsi, İrəvanla gedən sülh danışıqları, Zəngəzur dəhlizi və s. məqamlar Şuşa Bəyannaməsi fonunda xüsusi önəm kəsb edir. Azərbaycan və Türkiyə müttəfiqlik bəyannaməsi ilə öz güclərini birləşdirdilər. Yeni geopolitik vəziyyət elan etdilər.
Tərəflər arasındakı münasibətlər, regional inkişaf prosesləri, “3+3” əməkdaşlıq modeli və başqa proseslər məhz Şuşa Bəyannaməsi əsasında cərəyan edir.
Bütün bu proseslər fonunda bölgədəki güc balansı nöqteyi-nəzərindən və Azərbaycanın əlinin güclənməsi baxımından Şuşa Bəyannaməsi zamanında verilmiş ən doğru qərarlardan biridir. Bəyannamə iki ölkənin əməkdaşlığının yaxın zamanda daha da inkişafı üçün olduqca əhəmiyyətlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi