“Talesizliyimiz ondadır ki, adımız ərəb, soyadımız ya rus ya fars mənşəlidir”
Yusif Nəzərli
12:52 01.07.2022
Aktual
583
Yəqin ki, Azərbaycanda yeni doğulan körpələrə rayon və şəhər adlarının verilməsi hallarından çoxları xəbərsizdir. Maraqlıdır ki, belə faktlar var. Modern.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, bəzi valideynlər hansısa şəhər və ya rayonun adına şəkilçi və ya köməkçi söz əlavə etməklə onu övladına verib. Bəzi rayon adları isə elə olduğu kimi uşaqlara qoyulub.
Məsələn, son beş ildə dörd uşağa Tovuz adı verilib. Bir körpəyə Gəncə, altısına Gəncəli, birinə Gəncəbanu adı qoyulub. 2021-ci ildə dünyaya gələn bir körpə qız Şuşa adlandırılıb. Son beş ildə iki uşağa Quba, birinə Qubaxanım ismi qoyulub. Valideynlər bir körpəni Şəmkir, birini Şəki adlandırıblar.
Bundan başqa, Şəki adına uyğunluq təşkil edən yeni isimlər də düzəldilib. Belə ki, bir uşağa Şəkixanım, birinə Şəkiyə, birinə Şəkixan, birinə Şəkibə adı verilib. Hazırda bir uşaq Zərdabi, bir uşaq Kəpəz, biri Ağsurə adı ilə böyüyür.
Son beş ildə 335 körpəyə Oğuz adı qoyulub. 88 uşaq Oğuzxan, dördü Oğuzcan adlandırılıb. Son beş ildə 50 körpəyə Nəsimi, 321-nə Nizami, altısına Xətai, 197 körpəyə Xəzər, 65-nə Füzuli adı verilib.
Məsələyə münasibət bildirən dilçi alim, filologiya elmləri doktoru, professor Adil Babayev “Sherg.az”a bildirib ki, insan adı əslində böyük əhəmiyyət daşıyır:
“Valideyn gərək elə ad seçsin ki, uşaq gələcəkdə adından utanmasın. Məsələn, əvvəllər uşaqlara Qurultay, Sovet, Noyabr kimi adlar qoyurdular. Hətta Sovet höküməti belə məsələ qaldırmışdı ki, milli adlar qoyulmasın. Öz adlarımız da ruslaşdırılıdı. Əliyə Alik, Alyoşa kimi səslənirdilər. Hər millətin ,hər xalqın öz adları olur. Bizim millətin talesizliyi ondadır ki, adımız ərəb mənşəli olub, soyadımız ya rus ya fars mənşəli olub”.
Rayon adlarının uşaqlara verilməsini müsbət qiymətləndirməyən professor onu da əlavə edib ki, seçilən adlar estetik olmalıdır:
“Tovuz adı bizdə uzun müddətdir ki, var. Bu rayon adı ilə yanaşı, həm də quş adıdır. Həmin quşun gözəlliyinə görə, bu adı qadınlara verirlər. Əgər insana heyvan adı verilirsə, onun faydalılığına görə yox, estetikliyi və gözəlliyinə görə verilir. Ona görə də atın yox, aslanın və yaxud toyuğun yox, tovuzun adı verilir.
İndiki zamanda artıq öz adlarımızı qoyuruqsa, elə seçim etməliyik ki, bu ad başqa millətlər tərəfindən həm mənimsənilməsin, həm də rişxənd obyektinə çevrilməsin. Yer adını uşalarımıza versək, anormal səslənəcək. Nə deyəcəklər, danışır Gəncə? Söz verilir Qazaxa?
Bu səbəbdən ad verəndə həm onun estetikliyinə, həm də milli mənafe nöqteyi-nəzərinə fikir vermək lazımdır. Bir sözlə kənd və ya şəhər adı vermək olmaz. Bu yalnız ləqəb və təxəllüs kimi istifadə edilə bilər. Məsələn, şair Dəmir Gədəbəyli. Düzdür, rəsmi şəkildə belə bir qadağa yoxdur. Lakin valideyn bu prosesdə savadlı və düşüncəli olmalıdır. Bu prosesdə əsas üç istiqamətdə nəzərdə saxlamaq lazımdır.
Birincisi, uşağın adının milliliyi, ikincisi, onun estetik səslənməsi, sonuncusu isə gələcəkdə uşaq üçün utanc yaratmamasıdır. Bütün bu istiqamətləri əsas götürüb ad seçmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya