Tanınmış jurnalist müraciət yaydı
14:52 13.01.2020
Aktual
655
63 saylı birinci Sabirabad seçki dairəsindən deputatlığa namizəd olan tanınmış jurnalist, iqtisadçı-ekspert Razı Abasbəyli seçki prossesindəki fəaliyyət proqramı ilə bağlı müraciət ünvanlayıb.
Jurnalist müraciətində bildirir ki, Sabirabad rayonunun Cavad kəndində kasıb orta məktəb müəllimi olan bir ziyalı ailəsinə anadan olub:
“Uşaqlıq illərim 90-cı illərin əvvələrində ölkəmizdə müharibə şəraiti və çətin sosial bir dönəmdə keçib. Uşaq ikən böyürtkən kollarından böyürtkən yığıb, çöllərdən yabanı bitən çöl süpürgələri toplayıb, qurumuş ağacları doğrayıb satmaqla ailəmə kömək olub, təhsil almışam. Əkin, biçin tarlasında işləyərək min bir əziyyətlə halal zəhmətimizlə böyümüşəm, təhsil almışam. Cavad, Həsənli, Balvar, Surra, Qəzli, Quruzma, Məmişlər, Suqovşan, Qalaqayın, Axıska, Qaralı, Zəngənə, Yolçubəyli, Kürkəndi və başqa onlarca kəndlərdə məni və ailəmi, qohumlarımı tanıyan minlərlə insan var. O İnsanlar bilir ki, babalarım, atam, doğmalarım hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında olub və hər zaman insanlarımızın sevgisindən, hörmət və ehtiramından başqa heç bir qazanca göz dikməmişik. 1996-cı ildə Aran regionu üzrə ABŞ-ın Azərbaycandakı səfirliyi və Milli Demokratiya İnstitunun Azərbaycan Təhsil Nazirliyi ilə birgə keçirdiyi “ABŞ-da ali təhsil proqramı”nda region üzrə 1-ci olmuşam. Amma ilkin olaraq illik təhsil haqqını, 25 min ABŞ dollarlıq təhsil haqqını atam orta məktəb müəllimi olduğuna görə ödəyə bilmədim. Ona görə də mən xaricdə təhsil ala bilmədim. Bugünə qədər 3 dəfə seçki prossesində deputatlığa namizədliyimi irəli sürmüşəm. Bu seçkilərdə, 2020-ci ilin növbədənkənar Milli Məclis seçkilərində yenidən deputatlığa namizəd olmuşam. Dövlət başçımızın gənclərə seçkilərdə aktiv iştirak müraciəti və dairəsini tanıyan insanlarla ünsiyyətdə olan namizədlərin iştirak etməklə bağlı tövsiyyəsindən sonra bu prossesə qatılmışam. Artıq namizədliyim qeydə alınıb. Bütün Sabirabad camaatına müraciət edirəm! Dəyərli həmyerlilərim, canım sabirbadlılarım indi söz sizindir. Tək bir sözüm var: Allah camaatımızdan razı olsun!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya