Tarixi əsərləri satmaq istəyərkən tutuldu

Türkiyənin İzmir şəhərində tarixi əsərləri satmaq istəyən şəxs tutulub.

DHA-nın xəbərinə görə, Kamalpaşa rayonunda T. Ç. adlı bir şəxs tarixi əsərləri satmaq istəyib. Polis əməliyyat nəticəsində həmin şəxsin satmaq istədiyi tarixi əsərləri ələ keçirib.

Qanunu pozan T. Ç. tutulub, ələ keçirilən əsərlər isə rayon muzeyinə təhvil verilib.