Təhlükəli ərazilərdən sakinlər təcili köçürülməlidir: SÜRÜŞMƏ ZONALARI AÇIQLANDI
11:50 13.09.2023
Aktual
662
Bakı şəhəri və ətraf ərazilərdə mövcud olan sürüşmə sahələrində aktivləşmə müşahidə edilir. Bununla bağlı Azərbaycan Dövlət Televiziyası süjet yayımlayıb. Qeyd edilib ki, Bibiheybət yolunda dörd ildən sonra yenidən təhlükəli vəziyyət yaranıb. Çatlar bütün yol və səkiboyu davam edir. Hətta yuxarı hissədə yerləşən məzarlıq da qismən çöküb. Tamamilə çökməsinə isə az qalıb. Vurğulanıb ki, binalar, fərdi yaşayış evləri və minlərlə insanın yaşadığı bu ərazilər sürüşmə zonaları üçün aktiv yerlərdir. Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov bildirib ki, artıq sürüşmələrin fəallaşma vaxtıdır və ehtiyatlı olmaq lazımdır.
Paytaxtımızda aktiv sürüşmə zonaları var və bu zonaların hansı ərazilərdə olduğu da məlumdur. Bayıl, Bayıl yamacı, Badamdar, Bibi-Heybət yolu da sürüşmə zonalarına aiddir. Məsələ burasındadır ki, hər dəfə sürüşmə təhlükəsi yarandıqda və ya sürüşmə baş verdikdə aidiyyətli orqanlar əl-ayağa düşür, yol hərəkət üçün bağlanır, bəzi hissələrə beton hasarlar hörülür, bir-iki yerə də şam ağacı əkməklə işlərini bitmiş hesab edirlər. Bir müddət sonra proses yenidən təkrarlanır. Yəni, rəsmi strukturlar sürüşmənin “yolunu gözləyir”.
Xəzər Universitetinin Ekoloji Tədqiqat Mərkəzinin direktoru Rövşən Abbasov isə “Sherg.az”a açıqlamasında qeyd etdi ki, sürüşməyə qarşı əsaslı, köklü tədbirlər görülməlidir:
- Sürüşmənin əsas 2 səbəbi var. Biri ərazinin relyefinin meylliliyidir, ikincisi sudur. Bayıl, Badamdar, Bibi-heybət yolunun relyefi mayilidir. Əraziyə axan və axıdılan sular da əlavə olunanda torpaq sürüşməsi üçün münbit şərait, real təhlükə yaranır. Bibi-heybət yolu köhnə sürüşmə ərazisidir. Orada daim sürüşmə riski olub, bu gün də o təhlükə qalmaqdadır. Ərazinin geoloji quruluşu da buna şərait yaradır. Orada süxurlar - laylararası bağlantı, əlaqə qüvvəsi şox zəifdir. Su da torpağı yuyub aparır. Son illər orada müəyyən bərkitmə işləri aparıldı, svaylar vuruldu, ağaclar əkildi. Bəzi ərazilərdə sakinlər də köçürüldü. Amma proses tam başa çatmadı. Hesab edirəm ki, sürüşmə zonasından bütün sakinlər köçürülməlidir. Sabah, birisigün sürüşmə olsa, orada fəlakət yaşana bilər. Orada uçqun baş verə bilər. Çox güman ki, baş verəcək də. Nə zaman, haçan, deyə bilmərik. Amma uçqun olacaq. Ona görə də indidən tədbir görülməlidir. İlk növbədə, təhlükəli ərazilərdən sakinlər təcili köçürülməlidir. Vaxtilə orada qanunsuz məskunlaşmaya göz yumulub. Fərdi evlər tikilib, məskunlaşma prosesi gedib. Buna yol verilməməliydi. Çünki məskunlaşma qrunt sularının toplaşmasını, kanalizasiya sularının da torpağa çox axıdılmasını şərtləndirir, nəticədə laylar yuyulmaya məruz qalır, torpaq boşalır və sürüşür. Əvvəllər nə olub, olub. Amma indi gözlənilən təhlükə nəzərə alınaraq sakinlər təhlükəli zonalardan köçürülməlidir. İkincisi, ərazidə bərkitmə işləri aparılmalı, daha dərinə nüfuz edəm svaylar vurulmalıdır. Bərkitmə işləri də adi yox, şəbəkəli beton (ona setoçnıy beton) tökülməsiylə və armaturlarla aparılmalıdır. Çünki şəbəkəli beton töküləndə şəbəkələr – setkalar arasndan otlar göyərir, bu da torpağı möhkəmləndirir. Üçüncüsü, ərazidə ağaclar əkilməlidir. Amma susuzluğa davamlı ağaclar. Bayaq xatırlatdım, bir neçə il əvvəl sürüşmə baş verdikdə orada ağaclar əkildi, lakin suvarıldı deyə, torpaq yenə suvarılımış oldu. Belə ərazilərdə suvarmada damcı sistemindən istifadə edilməlidir. Dağın başında ağaclar əkdilər, yeniu əkilən ağaclaq 1 il, 2 il müntəxəm suvarılmalıdır ki, qurumasın, kök atsınlar, möhkəmlənsinlər. Ağaclar suvarıldı, su səbəbindən sürüşmə yenə aktivləşdi. Dördüncüsü, sürüşmə təhlükəsi olan yollarda avtomobillərin, xüsusilə də ağır tonnajlı maşınların hərəkəti dayandırılmalı, onlara alternativ yollar təklif edilməlidir. Sakinlərin həyatını risq altında qoymaq olmaz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Məclisin iclası başlayıb
11:06 23.10.2026
Gündəm
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
11:01 23.10.2026
İqtisadiyyat
Azərbaycandan Gürcüstana pul köçürmələri 16% azalıb
10:57 23.10.2026
İqtisadiyyat
Azərbaycan UEFA reytinqində yerini qorudu
10:42 23.10.2026
Futbol
Robert Köçəryanın oğlunun həbs müddəti uzadıldı
10:31 23.10.2026
Region
Narkotiklərlə əlaqəli 13 fakt, silahla bağlı 6 fakt müəyyən edilib
10:12 23.10.2026
Hadisə
Yaponiyada Ukraynaya məxsus təyyarə eniş zamanı alışıb
09:35 23.10.2026
Hadisə
Ermənistan noyabrın 11-də KTMT-dən çıxarıla bilər
09:17 23.10.2026
Region
“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”
09:09 23.10.2026
Dünya
Firuzə İbadovanın xəstəliyi açıqlandı
09:03 23.10.2026
Cəmiyyət
Bakının bu yollarında sıxlıq var - SİYAHI
09:00 23.10.2026
İnfrastruktur
Kıvançın motosiklet həvəsi
08:48 23.10.2026
Şou
ABŞ-də Trampı təhdid edən qadın saxlanılıb
08:07 23.10.2026
Dünya
Sibel Canın sevgilisi həbs edildi!
06:00 23.10.2026
Şou
Tibo Kurtua azarkeşdən 16 il əvvəlki formasını satın aldı
05:25 23.10.2026
Futbol
Görmə qabiliyyətimizi məhv edən 3 vərdiş...
04:50 23.10.2026
Sağlamlıq