
Tehranda səfirliyimiz nə vaxt açılacaq? - İran öhdəliklərini yerinə yetirsə...
Yusif Nəzərli
13:22 09.10.2023
Aktual
605
“Azərbaycanın Tehrandakı səfirliyinin açılması ilə bağlı konsensus var və tezliklə, səfirlik fəaliyyətə başlayacaq”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani oktyabrın 9-da keçirdiyi brifinqdə bildirib.
Azərbaycan rəsmilərinin İrana səfərinə münasibət bildirən sözçü deyib ki, bu, iki ölkənin yüksək rütbəli rəsmiləri arasında siyasi, iqtisadi sahədə və Cənubi Qafqazda baş verən hadisələrlə bağlı danışıqların davamı idi: “Yaxşı müzakirələr və məsləhətləşmələr oldu”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfov oktyabrın 3-də Tehrana səfər edib, oktyabrın 6-da isə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana gəlib.
İranlı rəsminin fikirlərini “Sherg.az”a şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, ümumiyyətlə gec-tez Azərbaycanın Tehrandakı fəaliyyəti bərpa edilməlidir:

“Azərbaycan və İran qonşu dövlətlərdir. Bəzən düşmən dövlətlər belə səfirliklər vasitəsiylə bir-birləri ilə əlaqə saxlayırlar. Son hadisələr göstərir ki, İran Azərbaycanla olan münasibətlərin yumşalmasının tərəfdarıdır. İranın yol və şəhərsalma nazirinin Azərbaycana səfəri, Baş Prokurorluq səviyyəsində görüş və danışıqlar, İranda həbsdə olan Fəridin məsələsinə də yenidən baxılacağına dair verilən sözlər buna sübutdur. Azərbaycan tərəfi Tehrandakı səfirliyin fəaliyyətinin bərpası üçün müəyyən tələblərini və şərtlərini ortaya qoyub. İran tərəfi burada üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. İlk növbədə səfirliyin əməkdaşlarının və binanın təhlükəsizliyini təmin etməlidir. İran bunlara əməl edəcəksə, Azərbaycanın İranda olan səfirliyinin açılması tezliklə reallaşacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xanımına tərəf müqabili ilə xəyanət etdiyi iddia olundu
02:12 15.04.2026
Şou
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya