"Tək qalsam belə, bildiyim doğruları dilə gətirəcəyəm"  - Fazil Mustafa



"Təəssüf ki, düşmənin adsız profillərdən gülüşü bizim cəmiyyətin ciddiliyini çox vaxt üstələyir"

"Mənə deyirlər ki, niyə İran tulalarının qoyduğu gülüşləri blok etmirsiniz? Bilərəkdən etmirəm. Milli məsələ ilə bağlı vacib bir status paylaşırsan, düşmənin şəbəkəsi dayanmadan əlindən gələni edir, bizimkilər isə anektod, məzhəkə, bir bambılının sayıqlamasını, bir siyasi dələduzun boşboğazlığını bəyənmə yarışına girirlər. Bu reallığımızdır". 

Sherg.az xəbər verir ki, bu sözləri millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa özünün feysbuk səhifəsində yazıb. Millət vəkili daha sonra qeyd edir:

"Müqayisə üçün bloklamıram ki, gücümüzü görək, düşmən qarşısında siyasi yetkinliyimizin aşağı olduğunu görək. Söhbət mənim hansısa yazımdan getmir e... Onsuz da kiminsə rəyinə baxmadan öz düşündüklərimi söyləyirəm və yazıram və tək qalsam belə bildiyim doğruları dilə gətirəcəyəm. Bayaq paylaşmışam Türkiyə Cəfərilərinin liderinin video çıxışını, yazmışam diqqətlə izləyin, adam bir vaxtlar mənə də qarşı irançı mövqedən sərt ittihamlar səsləndirsə də, bu gün söylədikləri Vətənimizin taleyi üçün vacibdir. Hamı yaxınlarına paylaşmalıdır ki, dinləyib ayılsınlar ki, ölkəmizi nə gözləyir. Təəssüf ki, düşmənin adsız profillərdən gülüşü bizim cəmiyyətin ciddiliyini çox vaxt üstələyir".