Təklif: “Beynəlxalq hüququ bilən mütəxəssislərdən ibarət heyət yaradılsın”
Banuçiçək Kalbalıyeva
07:24 28.12.2020
Aktual
554
“Həmin adamlar bütün Avropa məhkəmələrinə, o cümlədən də Haaqa məhkəməsinə müraciətlər ünvanlamalıdırlar”
“Müraciətlərə baxıb-baxmamaları öz işləridir. Əsas odur ki, biz öz işimizi görək”
Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı müraciətini Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluq idarəsi cavablandırıb. Komitə 27 sentyabr tarixindən, dünya ölkələrinin parlamentlərinə, beynəlxalq təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına Ermənistanın müharibə cinayətləri haqda dəfələrlə müraciət və bəyanatlar ünvanlayıb.
Bəyanatlarda Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, Gəncə və Bərdədə mülki əhalinin ballistik raket hücumlarına məruz qalması göstərilib. Bundan başqa, mülki vətəndaşların həlak olması, çoxsaylı dinc əhalinin yaralanması, minlərlə evin dağıdılması və əmlaka ziyan vurulması barədə məlumatlar qeyd olunub.
Həmin təşkilatlar sırasında - Beynəlxalq Cinayət Məhkəməsi, BMT-nin İnsan Haqları Komitəsi, Avropa İnsan Hüquqları Məhkəməsinə, Avropa Şurasının İnsan Hüquqları Komitəsi, Beynəlxalq Qırmızı Xaç Komitəsi və s. beynəlxalq insan hüquqları təşkilatları yer alıb.
Müraciətlərdə həmçinin, komitənin Azərbaycanda müvafiq strukturların, hüquq-mühafizə orqanlarının Ermənistanın hərbi cinayətləri ilə bağlı əldə etdiyi faktlar, sənədlər və sübutların Beynəlxalq Cinayət Məhkəməsinə təqdim ediləcəyi də ifadə olunub.
Bu barədə “Sherg.az”a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrincə, belə addımın atılması müstəsna əhəmiyyətlidir:
“Biz əslində illər öncə Birinci Qarabağ müharibəsi ilə bağlı da müvafiq yerlərə müraciət etməli idik. Həmin savaş erməni cinayətkarlığının ən bariz nümunəsidir. Nə qədər insanlarımız öldürülmüş, mülki obyektlərimiz dağıdılmışdı. Təəssüf ki, bizdən fərqli olaraq ermənilər ən adi məsələdə belə, haray-həşir salırlar. Məsələn onlara heç bir aidiyyəti olmayan alban kilsəsinə dəymiş bircə gülləyə görə, az qala, dünyanı dağıdırdılar. Biz, heç olmasa, bundan sonra özümüzü müdafiə etməyi bacarmalıyıq. Beynəlxalq hüququ bilən mütəxəssislərdən ibarət heyət yaradılmalıdır. Həmin adamlar bütün Avropa məhkəmələrinə, o cümlədən də Haaqa məhkəməsinə müraciətlər ünvanlamalıdırlar. Müraciətlərə baxıb-baxmamaları öz işləridir. Əsas odur ki, biz öz işimizi görək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya