Təlimlər ən böyük məşqdir
Banuçiçək Kalbalıyeva
09:19 03.07.2021
Aktual
734
"Antiterror əməliyyatı yalnız düşmənin hansısa hücumundan sonra realdır"
Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Mustafa Kamal Atatürk-2021” birgə döyüş atışlı taktiki təlimlərində növbəti təlim-döyüş tapşırıqları icra edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimlər zamanı 1-ci eşelon bölmələrin həmlə həddinə çıxması, şərti düşmənin mina sahələrində keçidlərin açılması və həmin sahələrdən keçməsi, şəxsi heyətin texnikalardan piyadalanması və həmləyə keçməsi fəaliyyəti də icra olunub.
Ehtiyatda olan polkovnik Elxan Qəniyev təlimlərin əhəmiyyəti barədə “Şərq”ə danışıb:
“Belə hazırlıqlar bizə həmişə lazımdır. Biz iki qardaş dövlət olaraq koordinasiyalı fəaliyyəti öyrənməliyik. Birgə təlimlərimiz Rusiyaya, Yunanıstana və bizi istəməyən digər dövlətlərə mesajdır. İsmarıc bundan ibarətdir ki, biz həmişə ayıq-sayığıq, yatmamışıq. Hazırda Konyada da birgə hərbi təlimlər keçirilir. Orada aviasiya sistemlərindən, o cümlədən MİG-21, MİG-29 təyyarələrindən istifadə təlimlərin nə qədər ciddi olduğunu göstərir”.
E.Qəniyev, həmçinin növbəti anti-terror əməliyyatı ehtimalını dəyərləndirib:
“Buna inanmıram. Ən azından hələlik tezdir. İndi biz təcrübəmizi artırmağa çalışmalıyıq. Amma fikrimcə, antiterror əməliyyatına başlamağımız Ermənistan sərhədini qoruyan rus hərbçiləri ilə üzləşməkdir. Beləliklə, müharibə başlanacaq. Antiterror əməliyyatı yalnız düşmənin hansısa hücumundan sonra realdır. Lakin dediyim kimi, təlimlər bizi güclü edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm