"Təşəkkürlər, Türkiyə!" - Millət vəkili
Turan
07:54 19.07.2020
Aktual
847
"Türkiyənin bütün siyasi çevrələri Azərbaycana dəstək verdi"
"Tovuz istiqamətində törədilmiş təxribatlara görə Ermənistan, dünya ictimaiyyəti tərəfindən kəskin qınanılır".
Bunu "Sherg.az"a millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bəyan edib ki, məkrli, riyakar, Qafqaz xalqlarına yad, ancaq erməni xislətinə xas olan ən ağır cinayətləri törətmək və ağlaşma quraraq bütün dünyaya "günahsız" olduqları haqda car çəkmək siyasəti artıq keçmir:
"Bu günlərdə qardaş Türkiyənin Böyük Millət Məclisini təmsil edən Ədalət və inkişaf, Cümhuriyyət Xalq, Milliyətçi Hərəkat və İYİ partiyalarının nümayəndələri tərəfindən Azərbaycana dəstək bəyanatı imzalandı. Dost çətin gündə tanınar. Düşməni də tanımaq lazımdır. Yalnız “HDP” adında, dövlətinin verdiyi bütün imtiyazlardan istifadə edərək, hər addımda arxadan zərbə vuran, öz dövlətinə, millətinə xəyanət edən bu partiyadan başqa bütün siyasilər Azərbaycana dəstək verdi. Təşəkkürlər, Türkiyə".
Parlamentari vurğulayıb ki, İngiltərə parlamentində Tovuzda baş vermiş son hadisələr müzakirəyə çıxarılıb:
"Dağlıq Qarabağ probleminin yaxın zamanlarda həll olunması, işğal olunmuş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması üçün hökumətə tapşırıq verilib. İlk dəfə belə bir qərarın İngiltərə Parlamenti tərəfindən qəbul olunması, ölkəmizin rəhbəri İlham Əliyevin beynəlxalq nüfuzunun, müəyyənləşdirdiyi xarici siyasət kursunun nəticəsidir. Cənab Prezidentin qeyd etdiyi kimi ”artıq müasir dünyada erməni yalanları keçmir”.
Uzun illər Ermənistana rəhbərlik etmiş cinayətkar, "Qarabağ klanı"nı çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra, ictimaiyyətdə müəyyən ümidlər yaranmışdı ki, konflikt sülh yolu ilə ədalətli həllini tapacaq. Təəssüf ki, küçə diplomatı Paşinyan sələflərinin yolunu təkrar etdi. Hətta çoxsifətli, daha aqressiv siyasət yürütməklə, özünü və ölkəsini "tupik," vəziyyətinə saldı. Dünya birliyi, eləcə də ənənəvi müttəfiqləri belə, Paşinyan adlı klouna yaxşı bələddirlər. İnşallah Qələbə bizimlədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya