Təşkilat Komitəsinin sədri: "Sammit kifayət qədər uğurla başa çatdı"
14:12 15.11.2019
Aktual
597
"Dünyanın 65 dövlətin, 20 ənənəvi din və konfessiyalarının liderləri və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 400-dən çox yüksək səviyyəli nümayəndəsi, iştirakı ilə sammit baş tutdu. Toplantı mahiyyət etibarı ilə öz məzmunu əhəmiyyəti baxımından kifayət qədər diqqəti cəlb edəndir". Bunu Dünya dini liderlərinin II Bakı Sammitinin Təşkilat Komitəsinin sədri, Baş nazirin müavini Əli Əhmədov sammitin yekunu ilə bağlı keçirilən mətbuat konfransında çıxış edərkən deyib.
O bildirib ki, bir sıra hallarda dini liderlərin müəyyən məsələlərlə bağlı bir yerə toplamaq o qədər də asan olmur: "Lakin Azərbaycanda formalaşan dini konvensiyalar arasında tolerantlıq əməkdaşlıq mühiti dini liderlərin vahid formatda Bakıda toplanmasına imkan yaradıb.Biz belə çağırışa kifayət qədər həssas yanaşmanın şahidi olduq".
Təşkilat komitəsinin sədri söyləyib ki, iki gün ərazində sammitdə çox dəyərli fikirlər, ideyalar səsləndirildi: "Prezident İlham Əliyevin geniş çıxışını xüsusi qeyd etmək olar. Çıxışda ümumi problemlərin qoyuluşu kifayət qədər böyük diqqəti cəlb edən məna kəsb edirdi. Eyni zamanda digər dini liderlərin müzakirələrdə çox yaxından, aktiv şəkildə iştirak etməsi maraqlı diskkusiyadan xəbər verir. Müasir dünyada problemlərin həll olunmasına böyük resurslar cəlb olunub. Bir sıra hallarda bu resurslar mövcud problemləri həll edirsə, bir sıra hallarda bu, mümkün olmur. Bu sammit göstərdi ki, haqqında müzakirə etdiyimiz problemlərin həllində istifadə edilməyən resurslardan biri dindir. Din hər zaman insanları qardaşlığa, bərabər olmağa səsləyir. Belə olan halda dinin öz missiyasını yerinə yetirməsinə ehtiyac var".
Ə.Əhmədov söyləyib ki, dini zəmində baş verən münaqişələrin həllində dini liderlərin rolunu ayrıca vurğulamaq lazımdır: "Onlar eyni zamanda özlərinin nüfuzu vasitəsilə cəmiyyətdə gedən proseslərə müsbət təsir etmək imkanlarına malikdirlər. Bundan istifadə edilməsi cəmiyyətin üzləşdiyi problemlərin həllində istifadə ediləcək vasitələrdən biridir. Sammitdə bu istiqamətdə aparılan söhbətlər dinin cəmiyyətdə birləşdirici rolunun daha da artırılmasının vacibliyini təsdiq etdi".
Baş nazirin müavini qeyd edib ki, sammit zamanı Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi, eyni zamanda fəaliyyətinin 40 illik yubileyinin qeyd olunması tədbirin daha da maraqlı keçməsinə şərait yaratdı: "Ümummilli lider Heydər Əliyevin dövlət din münasibətləri istiqamətdə həyata keçirdiyi işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə yanaşı, Qafqaz Müsəlmanlar İdarəsinin də fəaliyyəti bütün dini icmaların bir araya gətirmək sahəsində fəaliyyətdə əhəmiyyətli rol oynayıb. Biz Allahşükür Paşazadəni QMİ sədri ilə yanaşı, tolerantlılıq mühitinə böyük töhfə vermiş dini lider kimi qəbul edirik".
Sammitin kifayət qədər uğurla başa çatdığını deyən Ə.Əhmədov qeyd edib ki, Zirvə görüşü dini liderlərin dünyada əhəmiyyətli rolunun daha da artmasına öz töhfəsini verəcək: "Burada təmsil olunan dini liderlər eyni platforma vasitəsilə müxtəlif məsələlərin həllində bir iştirak edərək fikirlərini səsləndirdilər. Bu, dinlərarası dialoqun daha da inkafışana təsirini göstərməyə bilməz. Azərbaycanda bu və ya digər formatda çoxlu sayda beynəlxalq konfranslar, toplantılar keçirilir. Bu sammit də özünə layiqli yer tuta bilib və platforma artıq ənənəyə çevrilib. Hesab edirəm ki, platformanın istər Azərbaycanda, istərsə də digər ölkələrdə davamı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə