
Təyyarə qəzasına cavabdeh Rusiyadır: Moskva prosesin uzadılması üçün süni manevrlər edir
Yusif Nəzərli
07:20 27.03.2025
Aktual
421
Moskva məhkəməsi 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar olaraq, aparılan istintaqla bağlı sənədlərin əldə edilməsinə icazə verib. Bu barədə RİA Novosti məlumat yayıb. Qərar Moskvanın Basmannı məhkəməsi tərəfindən 2025-ci ilin yanvarında müstəntiqin prokuror tərəfindən dəstəklənən vəsatətinə baxılaraq qəbul edilib.
Qeyd edək ki, Bakıdan Qroznıya uçan təyyarə 2024-cü il dekabrın 25-i səhər saatlarında Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb.
Sözügedən qərarın hazırda davam edən istintaqa təsiri ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Fuad Abbasov deyib ki, Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsinin qəzaya uğramasından birbaşa cavabdeh Rusiyadır:

"Çünki Çeçenistan beynəlxalq səviyyədə ayrıca dövlət kimi qəbul edilmir. Yəni, burada yalnız Çeçenistanın və ya konkret bir bölgənin deyil, ümumilikdə Rusiyanın cavab verdiyi bir vəziyyət var. Rusiya bir federasiyadır və beynəlxalq münaqişələrə, müqavilələrə, diplomatik məsələlərə bütövlükdə federasiya olaraq cavabdehdir. Əgər ölkənin hər bölgəsinin müstəqil hüquqi səlahiyyətləri və qərarvermə imkanı olsaydı, Azərbaycan Hava Yollarına aid təyyarənin Çeçenistan ərazisində baş vermiş insidentə görə, Moskva birbaşa Azərbaycana və ya başqa bir ölkəyə cavab verməzdi. Lakin vəziyyət elə deyil".
Ekspert əlavə edib ki, Moskva prosesin uzadılması və əlavə vaxt qazanılması üçün süni manevrlər edir:
"Bu, guya işin gedişatını nümayiş etdirmək, müəyyən texniki prosedurların davam etdiyini göstərmək üçün bir vasitədir. Ola bilər ki, bütün bu proseslər mayın 9-na qədər eyni şəkildə davam etsin. Niyə məhz bu tarix? Çünki 9 mayda, İkinci Dünya Müharibəsində Sovet İttifaqının qələbəsi ilə bağlı tədbirlər keçiriləcək. Həmin tədbirlərə Azərbaycanın da dəvət edilməsi gözlənilir. Əgər Rusiya bu tarixə qədər Azərbaycanın tələblərini yerinə yetirərsə, problem yoxdur. Ancaq etməzsə Əliyev o tədbirə getməməlidir. Səbəb sadədir: Rusiya, Rusiyaya uçan Azərbaycan təyyarəsinin hədəfə alınmayacağına, radarlar tərəfindən aşkar edilməyəcəyinə və ya başqa şəkildə təsirlənməyəcəyinə dair heç bir zəmanət vermir. Buna görə də sözügedən məhkəmənin qərarını Rusiyanın daxili məsələsidir və bizi birbaşa maraqlandırmır. Biz şərtlərimizi müəyyən etmişik və Rusiyanın onlara necə cavab verəcəyini gözləyirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm