Tibb müəssisələrinə koronavirusla bağlı erkən müraciətlər artıb
07:21 12.07.2020
Aktual
654
Dünyada koronavirusa yoluxanların 5 faizi xəstəliyi daha kritik, ağır keçirir. Həmin xəstələrin "ölümlə olum" arasındakı mübarizəsi reanimasiya şöbəsində gedir.
Dövlətimizin gördüyü tədbirlərlə mart-aprel aylarında xaricdən gələn yoluxma hallarının qarşısı alındı. Mayın ortalarından etibarən, xüsusilə iyunda daxili yoluxma nəticəsində xəstələrin sayı artdı. Ölkəmizdə gündəlik 500-dən çox yoluxma faktı qeydə alınır. Onlardan 10 faizə qədərində ağırlaşma, orqan çatmazlığı müşahidə olunur. Yoluxma sayı artdıqca, ağır xəstələrin sayı da artır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Emil Qasımov deyib.
Onun sözlərinə görə, əvvəlki aylara nisbətən vətəndaşlar koronavirusla əlaqədar həkimlərə, tibb müəssisələrinə vaxtında müraciət edirlər. Bu hal, xüsusilə son bir ayda daha çox nəzərə çarpır: "Vətəndaşların əksəriyyəti vəziyyətin ciddiliyini anlayır və erkən müraciətin ağırlaşma hallarının qarşısını aldığını bilirlər. Ona görə vaxtında müraciət halları xeyli artıb. Bu, müsbət haldır. Yay aylarında yüksək qızdırma, soyuqlama, qrip kimi hallarla çox rastlaşmamışıq. Bu, daha çox yaz-payız aylarında qeydə alınır. Ona görə də belə hal müşahidə olunarsa, pandemiya davam etdiyi üçün COVID-19-dan şübhələnməli və həkimə müraciət etməliyik. Vaxtında müraciət xəstəliyə erkən müdaxilə etməyə imkan verir. Əlbəttə ki, virusa yoluxanlar, xüsusən də gənclər, yəni 30 yaşadək olanlar xəstəliyi 70-80 faiz rahat keçirirlər. Lakin kimin immun sisteminin hansı statusda olduğu bəlli deyil. Bu xəstəliyin ağırlaşması və ölümlə nəticələnməsini nəzərə alaraq həkimə, tibb məntəqələrinə vaxtında müraciət etmək lazımdır".
Klinikanın şöbə müdiri bildirib ki, koronavirus, yəni SARS-CoV-2 bizim orqanizmimizə yad virusdur. Elmə məlum olan teorilərə görə, indiyədək heyvanlarda yaşayıb, sonra onlardan insan orqanizminə keçib: "Orqanizmimizin immun sistemi bu virusu tanımır. Ona görə də bu ikisi arasında ciddi mübarizə başlayır. Orqanizmimiz virusu yad bir cisim kimi qəbul edir və immun sistemimiz onu öldürməyə çalışır. Bəzən isə immun defekti olan insanlarda bu, baş vermir. Hətta gənc yaşda olan, heç bir xəstəliyi olmayan xəstənin immun sistemi virusa qarşı anormal reaksiya verə bilər, sepsis, kəskin respirator dispress sindromu, multiorqan çatışmazlığına səbəb olan vəziyyət yaranar. Bunu koronavirus çox rahatlıqla törədə bilər. İmmun sistemimiz həmin virusu tanımadığından onu orqanizmdən uzaqlaşdıra bilmir.
COVID-19 ciddi bir virusdur, ağırlaşa, hətta septik şok, sepsis, kəskin respirator dispress sindrom kimi öldürücü tablolara səbəb ola bilər. Təbii ki, ən çox ağciyərlər hədəfə alınır və kəskin respirator dispress sindrom yaranır. Nəticədə ağciyərlərdə iltihab başlayır. İltihabi maye havanı alıb-verən ağciyər alveollarına daxil olur, nəticədə ağciyərlər maye ilə dolub ağırlaşır, havanın alıb-verilməsi pozulur. Bu da boğulma, nəfəs darlığı, nəfəs ala bilməməyə səbəb olur.
İnsan oksigeni alıb karbonu verə bilmirsə, bu, digər orqanları zədələyir, orqanizmin məhvinə səbəb olur. Koronavirusun törətdiyi proseslər bütün vacib orqanları zədələyir.
Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alan orqan çatışmazlıqları olan, ağırlaşmış xəstələrə simptomatik, patogenetik və dəstək müalicəsi ilə vaxt qazandırmağa çalışırıq. Bununla onların orqanizmlərinin, hüceyrələrinin ölümünün qarşısını alırıq. Çalışırıq ki, orqanizm bərpa olunsun, özü mübarizə aparsın. Koronavirus həmin ağırlaşmalara səbəb olanda sağalma müddəti 14-15 gün təşkil edir. Zədələnən orqanların, xüsusilə ağciyərin bərpasına ən azı 14 gün lazımdır. Sağalma müddətinin uzun, yoluxanların sayının çox olması, xüsusilə ağır xəstələrin sayının artması, həmin virusun yeni bir xəstəlik olması, onun əleyhinə tam effektiv dərmanların olmaması COVID-19-la mübarizəni bir qədər çətinləşdirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya